525-ci qəzet

Ötən il 6 neftçi həlak olub



Ötən il təhlükəli əmək şəraitində işlədiyinə görə 6 neftçi dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin Mirvari Qəhrəmanlı “Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti” üzrə illik hesabatın təqdimatındakı çıxışında belə deyib. Onun sözlərinə görə, təhlükəli iş şəraiti ucbatından həlak olan neftçilərin 5-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), 1-i isə “Caspian Driling Compani”nin işçisidir. Onların hamısı fəhlədir və ailələri müvafiq qaydada kompensasiya ilə təmin olunub.
Həmin şəxslər bunlardır:

1. Mirzə Əliyev (“Caspian Driling Compani”)
2. Viktor Mostavenko (ARDNŞ, “Neft daşları”)
3. Faiq Əliyev (ARDNŞ, “28 May” NQÇİ)
4. Şixəddin Ağayev (ARDNŞ, “Neft daşları”)
5. Rafiq Nəhmətov (ARDNŞ, Neft Donanması İdarəsi)
6. Ələddin Qurbanov (ARDNŞ, Dərin Özüllər Zavodu)

Bundan başqa, ötən il ərzində istehsalat zədəsi almış 10 neftçi sosial hüquqlarının qorunmasına kömək məqsədilə Neftçilərin Hüquqları Müdafiə Komitəsinə müraciət edib. Mirvari Qəhrəmanlı bildirib ki, həmin şəxslərin istehsalatda xəsarəti aldığı müvafiq sənədlərində təsdiq olunsa da, onlara “İZ” aktı verilməyib.






29.01.2010     Çap et  Çap et