525-ci qəzet

Roland Kobia: “Avropa Birliyi ilə viza danışıqlarında tərəqqi əldə olunub”



Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqların Bakıda keçirilmiş ilk raundunda tərəqqi əldə olunub. APA-nın məlumatına görə, bu barədə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia dünən keçirdiyi mətbuat konfransında bildirib. Bakının danışıqlara çox hazırlıqlı olduğunu qeyd edən R. Kobia hələ müzakirələrdən əvvəl Azərbaycan hökumətindən bəzi sənədlərə dair rəy alındığını söyləyib: “Heç də bütün ölkələr danışıqlara Azərbaycan qədər hazırlıqlı olmur”.
R. Kobia prosesin nə vaxt yekunlaşacağına dair konkret fikir söyləməyin mümkün olmadığını deyib: “Bu, daha çox siyasi iradədən asılıdır. Amma onu deyə bilərəm ki, Azərbaycan hökuməti bu məsələyə böyük diqqət və təşəbbüskarlıqla yanaşır”.





07.03.2012     Çap et  Çap et