525-ci qəzet

Qanunsuz transplantasiya ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb olunub



Ötən il Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib. Hesabatda qeyd olunub ki, ötən il insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan vətəndaşları olan qadınların cinsi istismar məqsədi ilə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə göndərilməsinin qarşısı alınıb və faktlarla bağlı bir cinayət işi başlanıb.
Milli Təhlükəsizlik Nazirliyinin təqdim etdiyi materiallar əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən “insan orqanları və toxumalarının alğı-satqısı, onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə” maddəsi ilə başlanmış cinayət işi üzrə daha iki nəfər Azərbaycan vətəndaşı məsuliyyətə cəlb olunub.
Hesabatda həmçinin bildirilir ki, ötən il ölkə ərazisində qanunsuz yaşayan 25 nəfər əcnəbi inzibati qaydada deportasiya edilib, saxta sənədlərdən istifadə etməklə respublika ərazisində qanunsuz yaşayan daha 5 nəfər Pakistan vətəndaşı olan əcnəbi ilə bağlı cinayət işi başlanıb.






07.03.2012     Çap et  Çap et