525-ci qəzet

“Barselona”nın rəsmi saytı “Bakı”dan yazdı



Avropanın ən güclü klubu seçilən “Barselona”nın rəsmi saytı bir daha Avropa Klublar Birliyinin (ECA) 2011-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasiminin nəticələrini elan edib.
“Barselona”nın rəsmi internet saytı bir daha qaliblərin adını sadalayıb. İlin yekunlarına əsasən, Avropanın 4 klubu qalib elan olunub. “Barselona” ilin ən güclü klubu, Portuqaliyanın “Braqa” klubu ən yüksək inkişafa nail olan klub, Şotlandiyanın “Seltik” klubu sosial proqramlarına görə, Azərbaycanın “Bakı” klubu isə futbol akademiyasının fəaliyyəti sayəsində “Ən yüksək nailiyyət” mükafatına layiq görülüb.





07.03.2012     Çap et  Çap et