525-ci qəzet

Suriyada əsgərlər uşaqları qətlə yetirir



Suriyanın Humus bölgəsindən qaçan insanlar hərbiçilərin yerli əhalini öldürməsindən danışıblar.
Lent.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, vətəndaşların verdiyi məlumata görə, cümə günü əsgərlər bir regionda 36 kişi və oğlan uşağını bir yerə toplayaraq qətlə yetiriblər.
Bir suriyalı qadın isə bildirib ki, hərbiçilər onun 12 yaşında oğlunun boğazını kəsiblər.
Müxalifətçilər və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar bəyan ediblər ki, Baba Əmrdə polis dəstələri 14 yaşından yuxarı kişiləri toplayaraq öldürüblər.
Məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri insanların öldürüldüyü ərazilərə buraxılmır.





06.03.2012     Çap et  Çap et