525-ci qəzet

Daş karxanasında daha bir faciəvi hadisə



Bakı yaxınlığında fəaliyyət göstərən daş karxanalarından birində bədbəxt hadisə baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 6-na keçən gecə “Vulkan” daş karxanasında kombaynçı işləyən 1971-ci il təvəllüdlü Qurbanov Əfqan Çoban oğlu fırlanan kardana düşüb.
41 yaşlı işçi ağır bədən xəsarətləri alıb və hadisə yerində ölüb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar daş karxanalarında ölümlə nəticələnən bədbəxt hadisələrin sayı xeyli artıb.




06.03.2012     Çap et  Çap et