525-ci qəzet

Azərbaycan ordusunun yük avtomobili minaya düşüb



Azərbaycan Silahlı Qüvvələrinə məxsus yük avtomobili minaya düşüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə dünən səhər saatlarında Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük avtomobilinin minaya düşməsi nəticəsində əsgər, Balakən Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Raduqa Abdulrəhimov ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.





06.03.2012     Çap et  Çap et