525-ci qəzet

Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində 28-29 fevralda növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı, ümumilikdə, qanunsuz ov edən 10 nəfərdən 5 ədəd ov tüfəngi, 9 ədəd quş, 40 ədəd balıq, 4 qayıq, 4 avar, 5 tor, 3 akumlyator, 3 işıqlandırıcı və 3 domca götürülərək müvafiq qaydada aktlaşdırılıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 4782 manat məbləğində cərimə tətbiq edilib.
Reydlər zamanı müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.
Bundan başqa Xaçmaz rayonu ərazisində kütləvi quş ovu məqsədilə yaradılmış qurğu (nığa) və 1 ədəd tor aşkarlanaraq məhv edilib. ETSN-nin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.
BƏXTİYAR





06.03.2012     Çap et  Çap et