525-ci qəzet

Teymuraz Şaraşenidze: “Saakaşvilinin Azərbaycana səfəri münasibətlərimizin uğurlu inkişafına töhfə verəcək”



“Azərbaycanla Gürcüstan dost-qardaş, qonşu dövlətlərdir və ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur”. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. O qeyd edib ki, bu münasibətlər hər il getdikcə daha da güclənməkdədir. “Eyni zamanda ölkələrimiz arasında heç bir problem yoxdur. Sabah (bu gün) bu münasibətlərin davamı kimi prezident Mixail Saakaşvilinin Azərbaycana ikigünlük rəsmi səfəri başlayır. Hələlik bu səfərin rəsmi proqramı ilə bağlı məlumatımız yoxdur. Ancaq hesab edirik, bu ikigünlük səfər çərçivəsində reallaşdırılacaq görüşlər, müzakirələr, iki ölkə arasına münasibətlərin inkişafına növbəti töhfəsini verəcək”. Səfir onu da qeyd edib ki, iki ölkə prezidentləri hər il qarşılıqlı səfərlər edir: “Bu il də səfər növbəsi Saakaşvilinindir. Bir daha hesab edirəm ki, münasibətlərimizin uğurlu inkişafına müsbət təsirini göstərmiş olacaq”.
Kamil HƏmzƏoğlu





06.03.2012     Çap et  Çap et