525-ci qəzet

Bakıda beynəlxalq iqtisadi forum keçirilib



Dünən Bakıda Dünya Bankının (DB) Azərbaycan üzrə II İqtisadi Siyasət Forumu işə başlayıb.
“APA”nın məlumatına görə, iki gün davam edəcək forumda DB-nın bir çox yüksəkvəzifəli şəxsləri iştirak edir ki, bankın nümayəndə heyətinə DB-nın Avropa və Mərkəzi Asiya regionunda strategiyalar və əməliyyatlar üzrə direktoru Ted Alers başçılıq edir. Forumun əsas mövzuları sırasına iqtisadiyyatın inkişafı, onun diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, əmək bazarı, ali təhsil, həyat qabiliyyətli institutların yaradılması və s. daxildir.
Sözügedən forum hələ 2011-ci ilin oktyabrın 17-18-də keçirilməli idi.
Xatırladaq ki, DB Azərbaycan üzrə ilk İqtisadi Siyasət Forumunu 2009-cu ilin oktyabrın 21-də Bakıda keçirib.





06.03.2012     Çap et  Çap et