525-ci qəzet

“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı çap edilib



Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabı işıq üzü görüb. Kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Habelə kitabda Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir.
“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının məsləhətçiləri Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman, Almaniya millət vəkili (1976-2009) Eduard Lintner və coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılovdur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AQİL






06.03.2012     Çap et  Çap et