525-ci qəzet

Quba olaylarının istintaqı rayon prokurorluğundan alınıb



Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Məlumatı “Media forum” saytına Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib. Onun sözlərinə görə, cinayət işinin istintaqı Quba Rayon Prokurorluğundan alınıb.
Eldar Sultanov istintaqın Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığını, həbs edilənlərin olub-olmadığını açıqlamayıb: “İstintaq davam edir. İstintaqın gedişi barədə əlavə məlumat veriləcək”.
Martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.
Martın 2-də Prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.





06.03.2012     Çap et  Çap et