525-ci qəzet

“Azərbaycan və Türkiyə xanımlarının əl işləri” sərgilənəcək



Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri” adlı xeyriyyə sərgisi keçiriləcək. Sərgidən əldə olunan gəlirdən xeyriyyə məqsədilə istifadə olunacaq. Layihə çərçivəsində Bakı şəhərində 6-12 yaşlı, 101 valideyn qayğısından məhrum olan uşaq seçiləcək və sərgidən əldə olunan gəlirlər onların arzularının gerçəkləşdirilməsinə sərf ediləcək. Sərgi 7 martda Gəncliyə Yardım Fondunda açılacaq və 4 gün davam edəcək. Qeyd edək ki, xeyriyyə sərgisi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.
GÜNEL




06.03.2012     Çap et  Çap et