525-ci qəzet

Messi: “Aquero “Real”a keçərsə...”


 
“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisindəki komanda yoldaşı Serxio Aquero haqda xoş sözlər deyib. Ölkəsinin mətbuatına danışan Messi Aqueronun mövsümün sonunda “Barselona”nın əzəli rəqibi “Real” (Madrid) klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. “Aquero çox istedadlı futbolçudur. O, həm “Mançester Siti”də, həm də millidə mükəmməl oyun nümayiş etdirir. Aquero ilə meydankənar dostluğumuz da davam edir. Əgər o, “Real”a keçərsə, onun futboldan daha da zövq alacağını düşünürəm. Çünki Kun mənim yaxın dostumdur və meydanda bir-birimizə rəqib olmağımız maraqlı alınacaq”. Qeyd edək ki, mövsümün sonunda “Real”ın Qonzalo İquaini “Mançester Siti”yə verməklə Aqueronu transfer edəcəyi bildirilir.




05.03.2012     Çap et  Çap et