525-ci qəzet

Astarada ağır xəsarət alan məktəbli Bakıya gətirilib



Martın 1-də Astara şəhərində orta məktəbdə baş vermiş hadisə zamanı xəsarət alan 10 yaşlı şagird Bakıya gətirilib.
Lent.az-ın məlumatına görə, Astara şəhər, 7 saylı orta məktəbin həyətində 19 yaşlı Tural Cavadlı münaqişə zəminində şəhər sakini, 10 yaşlı Tural Dadaşova dəmir parçası ilə xəsarət yetirib. Dəmir məftil T.Dadaşovun kəllə sümüyünü dələrək başına daxil olub. Orta məktəbin 4-cü sinif şagirdi olan T.Dadaşov iki gün komada qaldıqdan sonra bazar günü Bakı şəhərindəki 3 saylı Klinik Xəstəxanaya gətirilib. Uşağın beyni zədələndiyindən həkimlər onun dərhal paytaxta gətirilməsinə məsləhət görməyiblər. Hazırda yaralı məktəblinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 4-cü sinif şagirdini ölümcül yaralayan T.Cavadlı Astara RPŞ əməkdaşları tərəfindən saxlanılıb. Hadisəyə gəlincə, T.Cavadlı həmin məktəbin 9-cu sinfində oxuyan iki dostu ilə ayaqyolu yaxınlığında zarafatlaşıb. Bu zaman 10 yaşlı T.Dadaşov və digər uşaqlar onların etdiyi zarafata gülüblər. T.Cavadlı isə əlinə keçən qalın dəmir məftillə T.Dadaşovu vurub. Faktla əlaqədar araşdırmalar davam etdirilir.





05.03.2012     Çap et  Çap et