525-ci qəzet

İran prezidentinin bacısından şok iddia



İran prezidenti Mahmud Əhmədinejadın bacısı Pərvin Əhmədnejad ölkədə keçirilən parlament seçkisində hiyləyə əl atıldığını bildirib.
Lent.az-ın TÜrkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, deputat seçilməyən Əhmədnejad deyib: “Namizədliyim irəli sürülən regionda seçkilərin keçirildiyi gün bəzi xoşagəlməz hallar göründü. Bununla bağlı yazılı şəkildə aidiyyatı qurumlara etiraz etdim və bunun nəticəsini gözləyirəm”
Məlumata görə, Pərvin Əhmədnejadın deputat seçilə bilməməsi İran prezidentinə ağır zərbə kimi dəyərləndirilir.





05.03.2012     Çap et  Çap et