525-ci qəzet

Müdafiə Nazirliyi 2 əsgərin ölümünə münasibət açıqladı



Müdafiə Nazirliyi Azərbaycan Ordusunun üç əsgərinin ölümünə münasibət bildirib.
Martın 2-dən 3-ə keçən gecə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində iki əsgərin şəhid olması barədə mətbuatda gedən məlumatlara münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bunu deyib: “Məsələ ilə bağlı onu deyə bilərəm ki, Dibirov Vüqar Bəxtiyar oğlu və Seyidəliyev Seyidəli Şıxislam oğlunun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. Nəticəyə uyğun olaraq məlumat veriləcək”.
T. Abdullayev, həmçinin daha bir əsgərin xəstəlikdən ölməsinə də aydınlıq gətirib. Bildirib ki, Şəmkir Hərbi Birləşməsinin əsgəri Nadir Yunus oğlu Səfərəliyev kəskin leykoz xəstəliyindən dünyasını dəyişib: “Həkimlər əsgərin yaşaması üçün nə lazımdırsa ediblər. Lakin bu çox ağır xəstəlikdir. Təəssüf ki, onun xilas etmək mümkün olmayıb”.





05.03.2012     Çap et  Çap et