525-ci qəzet

Bakıda restoranda dava salan 6 nəfər tutuldu



Fevralın 19-da Bakı şəhərinin Nərimanov rayonunda, F.Xoyski prospektində yerləşən restoranda naməlum şəxslər orada işləyənlər, Bakı şəhər sakinləri Azəri Əliyev və Əsvər Quliyevi döyüb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dava zamanı restoran işçilərindən A.Əliyev bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Əliyevə və Ə.Quliyevə qarşı xuliqanlıq edənlər, Bakı şəhər sakinləri Elnur Hüseynov, Fərid Həmidzadə, Nurəli Babaəliyev, Vüqar Ramazanov, Emil Mustafayev və Fərid Qurbanov martın 4-də tutulub. Araşdırmalar davam etdirilir.




05.03.2012     Çap et  Çap et