525-ci qəzet

18 yaşlı oğlan anasını öldürüb, onun şagirdini yaraladı



Martın 4-də Abşeron rayonunda qətl hadisəsi törədilib. Abşeron rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi, Quşçuluq massivi, ev 108-də 18 yaşlı İbrahimov Elmir İlham oğlu, anası 50 yaşlı İbrahimova Aygün Aydın qızını bıçaqlayaraq qətlə yetirib. E.İbrahimov həm də evlərində olan 20 yaşlı Abdullayev Nizami Cəbrayıl oğluna da bir neçə bıçaq zərbəsi endirib.İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.İbrahimovanın müəllim, N.Abdullayevin isə onun şagirdi olduğu bildirilir.
E.İbrahimov artıq saxlanılıb. Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.




05.03.2012     Çap et  Çap et