525-ci qəzet

Bakıda 29 yaşlı fəhlə iş başında öldü



Martın 4-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 12:20 radələrində, A.Quliyev küçəsində, bulvarın genişləndirilməsi məqsədi ilə aparılan tikinti işləri meydançasında Seyfəddin İsmayılov idarə etdiyi «FATİH F 280» markalı yük avtomobili ilə orada fəhlə işləyən 1983-cü il təvəllüdlü Hüseynov Emin Akif oğlunu vurub.
Nəticədə E.Hüseynov xəstəxanaya aparılarkən ölüb. Faktla əlaqədar araşdırma aparılır.





05.03.2012     Çap et  Çap et