525-ci qəzet

İlkin nəticə: Putin 63,75 faizlə qalib gəldi



Rusiyada dünən keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.
Lent.az-ın İTA-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası səslərin 99,03 faizinin sayandan sonra Vladimir Putinin 63,75 faiz səs topladığını açıqlayıb.
Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov 17,19 faiz səslə ikinci yerdə gəlir. Müstəqil namizəd, milyarder Mixail Proxorov 7,82 faiz səs toplayıb. Liberal-demokratların sədri Vladimir Jirinovski 6,23 faiz səs yığıb. Sonuncu yerdə 3,85 faiz səslə Sergey Mironova gəlir.





05.03.2012     Çap et  Çap et