525-ci qəzet

Cəlilabadda bıçaqlanan ər-arvaddan biri öldü



Hadisəni törədəm şəxs özünə də xəsarət yetirib.
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 4-də 22.30 radələrində Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb. Masallı rayonu Mollahəsənli kənd sakini, 1967-ci il təvəllüdlü Almas Əllibala oğlu Dəmirov 1990-cı ildə Masallı rayonu Təklə kəndində anadan olmuş, hazırda Günəşli kəndində yaşayan Turanə Fərhad qızı Cəfərova və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əlizamin Telmanoğluna bıçaq zərbələri vurub. A. Dəmirov hadisəni törədəndən sonra özünə də bıçaqla xəsarətlər yetirib. Əsasən, boğaz nahiyəsindən 10 bıçaq zərbəsi alan Turanə hadisə yerində ölüb. Ə. Telmanoğlu və hadisəni törədən şəxs isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.




05.03.2012     Çap et  Çap et