525-ci qəzet

Elmar Məmmədyarov: “Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin ikinci görüşü ilin sonuna kimi keçiriləcək”


 
“Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə bir sıra regional məsələlərin müzakirəsi planlaşdırılır”. Bu sözləri dünən jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, martın 6-da isə hər üç ölkənin nazir müavinləri səviyyəsində keçiriləcək görüşdə həmin toplantının gündəliyi müzakirə olunacaq. Nazir bir çox layihələrin adıçəkilən dövlətlərin maraqlarına uyğun olduğunu bildirib: “Hazırda bəzi regional layihələr bu dövlətlərin hər üçünün maraqlarına uyğundur. Bizim altı aydan bir belə görüşlərin keçirilməsi barədə razılığımız var. İkinci görüşün ilin sonuna kimi keçiriləcəyinə inanıram”. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin başladığını deyən E.Məmmədyarov həmsədrlərin martın 6-da Azərbaycana gələcəklərini deyib. O, həmsədrlərlə görüşlərinin olacağını bildirərək, bu görüşlərin nəticələri barədə indidən danışmağın mümkün olmadığını söyləyib. AQİL




03.03.2012     Çap et  Çap et