525-ci qəzet

Rusiya səfiri: “Azərbaycan Şimali Qafqazda sülh və sabitliyin bərqərar olmasında müttəfiqimizdir”


 
Rusiyanın Azərbaycandakı səfirliyi Bakı Slavyan Universitetinin Rus Təhsil Mərkəzinə 532 adda kitab və kompüterlər hədiyyə edib. APA-nın məlumatına görə, universitetdə çıxış edən Rusiya səfiri Vladimir Doroxin bildirib ki, ölkəsinin Şimali Qafqaza yönəlik siyasətini Azərbaycanın da bölüşməsi Rusiya üçün xoşdur: “Azərbaycan Şimali Qafqazda sülh və stabilliyin bərqərar olmasında müttəfiqimizdir və bu bizim üçün xoşdur. Azərbaycan regionda mövcud olan problemlərin həlli üçün sözdə deyil, işdə kömək etməyə çalışır. Şimali Qafqaz Rusiya üçün böyük problem, qeyri-stabil regionlardan biridir”.




03.03.2012     Çap et  Çap et