525-ci qəzet

Elmar Məmmədyarov Çexiyaya işgüzar səfər edəcək



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 4-də Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər zamanı E. Məmmədyarovun GUAM-a üzv ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndə heyətləri başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.




03.03.2012     Çap et  Çap et