525-ci qəzet

Ermənistan müxalifəti mitinq keçirdi


 
Ermənistan müxalifəti 2008-ci ilin martın 1-də, prezident seçkilərindən sonra Yerevanda baş vermiş hadisələrə həsr olunan mitinq keçirib. APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, 2008-ci ilin martın birində Ermənistan xüsusi təyinatlıların etiraz aksiyası iştirakçılarına açdığı atəş nəticəsində 10 nəfər öldürülüb, 200–dən çox adam yaralanıb. Bu gün keçirilən mitinqdə Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan çıxış edib. O bildirib ki, müxalifət Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizə aparmağa davam edəcək. EMK may ayında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Levon Ter-Petrosyan deyib ki, 4 il keçməsinə baxmayaraq dinc insanların qətlə yetirən şəxslər cəzalandırılmayıb.




03.03.2012     Çap et  Çap et