525-ci qəzet

İşğalçı Ermənistan atəşkəsi pozdu



Ermənistan ordusunun bölmələri fevralın 29-da saat 19.05-dən 19.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.50-dən 00.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 05.10-dan 05.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.





02.03.2012     Çap et  Çap et