525-ci qəzet

Xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi açıqlandı



Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi açıqlanıb.
APA-nın “Zaman” qəzetinə istinadən yaydığı məlumata görə, görüş martın 7-də Naxçıvanda keçiriləcək. Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi görüşdə üç ölkənin ortaq maraqlarına aid məsələləri müzakirə edəcəklər. Müzakirə mövzuları arasında terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığı və insan alverinə qarşı mübarizə də var.
Qeyd edək ki, bu formatda ilk görüş ötən ilin aprelində Urmiyada keçirilib. Növbəti görüş yanvarın 17-nə planlaşdırılsa da, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimi səbəbilə fevralın 21-nə təxirə salınıb. Lakin fevralın 21-də də görüş xarici işlər nazirlərinin iş qrafikinin uyğun gəlməməsi səbəbilə baş tutmayıb.






02.03.2012     Çap et  Çap et