525-ci qəzet

İstanbulda baş verən partlayışda 5 polis yaralanıb



Türkiyənin İstanbul şəhərində Ədalət və İnkişaf Partiyasının (AKP) şəhər təşkilatının binasının yaxınlığında, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) binasının qarşısında partlayış baş verib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çevik polis alayının əməkdaşları mikroavtobusla ərazidən keçərkən bomba partlayıb. Nəticədə 5 polis yaralanıb.
İlkin məlumata görə, partlayışa yol kənarında dayanan və içərisinə bomba yerləşdirilmiş motosiklet səbəb olub. Yaralılar xəstəxanaya çatdırılıb.





02.03.2012     Çap et  Çap et