525-ci qəzet

Balakəndə 11-ci sinif şagirdi özünü güllələyib



Azərbaycanın Balakən rayonunda 11-ci sinif şagirdi özünü güllələyib.Balakən rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən saat 17.00 radələrində Qullar kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü 11-ci sinif şagirdi Novruzova Havva Qurban qızı dərsdən evə gələndən sonra evlərində olan “TOZ 8” tüfəngi ilə döş qəfəsinə atəş açıb. H. Novruzova Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və orada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.





01.03.2012     Çap et  Çap et