525-ci qəzet

Bakıda fəhlə banqladeşlilərin əşyalarını oğurlayan şəxslər tutuldu



Fevralın 28-də M.Müşfiq küçəsində yerləşən tikinti şirkətinin həyətindəki fəhlə yataqxanasından Banqladeş vətəndaşlarına məxsus xeyli əşya oğurlanıb.Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin gün Xaçmaz rayon sakini Rasim Rasimov və Şəki rayon sakini Raqif Abdullayev kustar üsulla qapıları açaraq Banqladeş vətəndaşları Rahman Setauntun mobil telefonunu, İqbal Hüseynin qol saatını, Sayul İslamın yaddaş kartı və qulaqcığını, Mia Litonun mobil telefonunu və 40 manatını, Ali Səlahəddinin mobil telefonunu, Miah Salimin və Asiq Uzamanın 40 manat və qol saatlarını oğurlayıblar.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi və Yasamal RPİ 28-ci PB-nin əməkdaşları R.Rasimov və R.Abdullayevi yaxalayıb.





01.03.2012     Çap et  Çap et