525-ci qəzet

Sabah Bakıda Argentina səfirliyi açılacaq



Argentina Azərbaycanda səfirlik açacaq.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə. bu barədə Argentina prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, səfirliklə bərabər açılacaq konsulluq bölməsi bütün Azərbaycan ərazisini əhatə edəcək. Azərbaycanda səfirliyin açılması ilə bağlı sənədi Argentina prezidenti Kristina Fernandes de Krişner və Argentina xarici işlər naziri Ektor Timerman imzalayıb.
Sənəddə qeyd olunur ki, səfirliyin açılması iki ölkə xalqları arasında dostluq və əməkdaşlığı möhkəmləndirəcək. Martın 2-də Argentina xarici işlər naziri Ektor Timerman Bakıya səfərə gələcək və səfirliyin rəsmi açılışında iştirak edəcək. Səfər zamanı viza rejiminin yumşaldılması barədə sənədin imzalanacağı da gözlənilir.





01.03.2012     Çap et  Çap et