525-ci qəzet

Ermənilər zabitimizi yaraladılar



Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. Bildirib ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında baş verib. Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. O, həkim nəzarəti altındadır.





01.03.2012     Çap et  Çap et