525-ci qəzet

ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO-5



VALERİ MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ VALERİ MARÇENKO

YAZIŞMALAR
Abbas salam!
...Vışla v jurnale “Jovtyan” №6 antoloqiya azerbaydjanskiy sovetskiy poezii. Tam est i tvaya “V muzeye “Partizanskiy iskrı” Ya nabrosal dlya jurnala nebolşoye predsloviye na 5 stranits, no mne sokratili do 2-x. Ya koneçno ostalsya nedovolen. Jurnal privizu sam. Komandrovku moyu vse vremya otkladıvayut, no ya dumayu çto redaktor doljen budet. Nadeyus çto v avquste priedu v Baku. K etomu obyazıvaet i tot veçer kotorıy tı sobiraeşsya orqanizovat v Kirovabade. Tı uje videl “Ölülər” çıxdı. (Valeri ÇIXDI sözünü məhz bizim dildə yazıb. Olduğu kimi saxlayıram və bundan sonrakı məktublarda də heç nəyə toxunulmur). Ya sçitayu eto svoey tvorçiskiy i orqanizatorskiy udaçey. Potomu çto v yubileynıy qod u nas klassikov ne izdayut...
Straşno xoçu tebya videt.
Valerik
1972.

Doroqoy Abbas!

Moya poezdka otkladıvaetsya do naçalo iyunya. No v Baku ya, koneçno, budu. Dumayu çto priedu ne odin. Vo vsyakom sluçaye nakanune ya tebya pozvonyu. Doqovorilsya s jurnalom PRAPOR kotorıy izdayetsya v Xarxove, tam obeşayut napeçatat povest Anara “Yubiley Dante”. Ya tebya kajetsya pisal çto perevel yeyo eşşo koqda bıl studentom. No dlya bole uspeşnoqo yeyo prodvijeyniye i napeçatnaniye nujna predsloviye. ( Vrez k povesti) mastitoqo avtora. Ya predlojil im Draça, oni soqlasilis. No İvan çto-to dolqo oçen pişet etix neskolko nesçastnıx straniçek. A vremya idyot. Sdelay mne odoljeniye, pozvoni emu. ( İvanu Draçu. T.A.). İ mejdu proçim uznay ob etom predslovii pro Anara. A ved proşu eqo uje poltara mesyatsya, a rezultata poka ne vidno. Ne pişu tebe o delax: priedu obo vsem poqovorim.
Vseqo nailuçşeqo.
1972.

P.S. Qotov statya o Baqriy. Budet xoroşo esli ona budet napisano do moeqo priezda. Pozvoni Sayko pust podqotovit neskolko stixotvereniy na ukraynskim yazıke.
LYUBİMIY MOY, ABBASİKU!


Vışel iz bolnitsı, poşel na rabotu –napeçatali intervyu. Teper tı sam videl, kak u nas umeyut kromsat, kak prevraşayut xororşiy material v niçto. To çto intervyu bılo jivoye i interesnoye ya tebya qovoryu s ubijdeniyem. Ya sam eqo atredaktiravl i dolvel do konditsii. vışdo vesma nedurstvenno. No potom materal poşel po rukam naçalstva i poluçilos sam vidiş çto. Statyu tvoyu otdal v “radyanskiye literaturoznavstvo”. Eto oçen polenaya rabota, i ya za tebya, çto u tebya tak zdorovo poluçilos. Pro Qulaka u nas eşye tak ni napisali. Maşallax sən!Pro Roqobçenko mnoqo skazat ne moqu. Smotri po eqo povesti intersnoye ili net.
... Seyças po tixonku leçus. Pyu travu. Tolya prosil çtobı tı prislal emu stixi Nasimi. Mı xotim dat k yubileyu neskolko perevodov naibolşuyu statyu.
... Tseluyu tebya, privet detkam, şlepni Abdullu laskatelno.
14. 11. 1973 r.

P.S. u Vasiliya İvanoviça v aprele budet zaşita dissertasii pedoqoqike. Otnositelno rakizil Toli ob “Ölüler”, oçevidno ne stoit qovorit. U nas Dj. mamedkuluzade poka ne znayut. Poetomu qovorit o eqo rasprotraneniye ne prixrdimtsya. Pravda mne obeşay ut poqovorit v odnom teatre. No eto perespektive. Tak çto pişi sam. OY. xoçu tebya videt. od unas klassikov ne izdayut...
lll
Ukrayna Yazıçılar İttifaqının İdarə heyətinə, “Literaturna ukrayna” qəzetinin redaksiyasına
Hörmətli dostlar!
Bir az əvvəl yazıçı Viktor Nekrasova bəraət verilməsi haqda həftəlik “Literaturna Ukrayna”nın səhifələrində bir məlumat oxudum. Bu fakt Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçisi, ədəbiyyatşünas və yazıçı Valeri Marçenkonun təmiz adının özünə qaytarılması üçün bir mücadiləyə başlamaq arzumu yenidən oyatdı. Onun suçunun və faciəli ölümünün səbəbi mənə tam aydın deyil. Amma mənə bir şey aydındır ki, V.Marçenko namuslu və düzgün adam idi. Milli siyasətə münasibətdə onun bəzən ifrata vardığını düşünənlər mənə tam aydın olan bir həqiqəti – bu cəhətin onda durğunluq dövrünün haqsızlıqlarına qarşı barışmazlıqdan doğduğunu unudurlar.
Onun bütün fəaliyyəti sovet xalqlarının, xüsusən Ukrayna və Azərbaycan xalqlarının dostluğunun möhkəmləndirilməsinə yönəlmişdi. V.Marçenkonun çap olunan heç bir yazısında milliyyətçi şovinist ideyalar təbliğ olunmur. O, cavan idi. Dünyagörüşü yeni formalaşırdı. Ayrı-ayrı şifahi çıxışlarındakı və hərəkətlərindəki səhvləri düzəltmək mümkün olduğu halda niyə bəzi adamlar onu belə amansız cəzalandırdılar?
O, Yazıçılar İttifaqının üzvü deyildi. Amma tərcüməçilik fəaliyyəti onun Ukrayna Yazıçılar İttifaqına üzv olmasına tam zəmanət verirdi. Azərbaycan dilinə, ədəbi-mədəni irsinə bələd olan və yüksək bədii keyfiyyətlə klassik Azərbaycan ədəbiyyatı nümunələrindən çevirdiyi C.Məmmədquluzadənin “Ölülər” pyesi, S.S.Axundovun “Qorxulu nağıllar”ı, eləcə də, çap etdirə bilmədiyi Anarın “Dantenin yubileyi” povesti kifayət idi ki, o, Yazıçılar İttifaqının üzvü olaydı.
Burada Ukrayna-Azərbaycan ədəbi əlaqələri haqda məqalələrini bir-bir xatırlatmağı artıq bilirəm.
Hörmətli dostlar, əvvəldə dediyim kimi, Valeri Marçenko Ukrayna Yazıçılar İttifaqının üzvü deyildi. İndi belə çıxır ki, onu V.Nekrasov kimi İttifaq üzvlüyünə bərpa etmək olmaz. Bəlkə heç olmasa, ölümündən sonra onu Ukrayna yazıçılarının sırasına qəbul edəsiniz. Axı, “Literaturna Ukrayna”nın keçmiş əməkdaşı V.Marçenkonun bəraət alması həm də Ukrayna – Azərbaycan ədəbi əlaqələrinin qısa, lakin çox məhsuldar bir dövrünə, gözəl tərcümə əsərlərinə bəraət vermiş olar və onların çapını gerçəkləşdirər.

Hörmətlə, Abbas ABDULLA,
Azərbaycan əməkdar mədəniyyət işçisi, Ukraynanın M.T.Rılski mükafatı laureatı.


Abbas ABDULLA - Valeri haqqında yerli-yataqlı bir yazı yazacam. Hələlik isə bunu deyə bilərəm ki, Ukrayna ədəbi ictimaiyyəti istedadlı bir gənc tərcüməçini, biz isə səmimi dostumuzu, ədəbiyyatımızın alovlu bir təbliğatçısını itirdik. Onu 1973-cü il iyunun 25-də həbs ediblər. Suçu da bu olub ki, Ukraynada burjua millətçiliyini və Azərbaycanda Azərbaycan burjua millətçiliyini (!!!) təbliğ edib.
Elə tutulduğu ərəfədə onun “Ədəbiyyat və incəsənət” qəzetində bir məqaləsi dərc olundu. Mən çevirmişdim. Və qəzet mətbəədə olan günü redaksiyaya zəng etdim ki, onu sevindirəm. Bir neçə dəfə zəng edib, “yoxdur” cavabı almışdım. Bu dəfə isə onunla bir otaqda oturan Raisa Skaliy üstüörtülü mənə başa saldı ki, onu tutublar...
Bir neçə gün sonra məni respublika DTK-nə çağırdılar. Müstəntiq çox uzaqdan başladı, mən isə “bilirəm”, – dedim, – dostumu Kiyevdə tutublar, – güman ki, ona görə çağırıbsınız. Şahid kimi dindirildim, protokol tutuldu və imzaladım. Protokolun tam məzmununu indi olduğu kimi xatırlamıram və bu protokol Valerinin işinə tikilib, təbii ki, gec-tez işıq üzü görəcək. Çox arzulayıram ki, çap olunsun.
Yalnız bunu deyə bilərəm ki, Kiyevə növbəti səfərlərimdən birində Valerinin anası Nina Mixaylova ilə görüşəndə o, göz yaşları içində dedi:
– Sənin şahidliyindən sonra “Azərbaycanda burjua millətçiliyi təbliğatı aparması” suçunu Valerinin üstündən götürdülər.
Yadımdadır ki, müstəntiq bu sualı verəndə dedim:
– Məgər biz ölmüşük ki, ukraynalı gəlib bizə kimliyimizi anladır, belə bir təbliğat lazımsa özümüz apararıq, narahat olmağa dəyməz... Və bir neçə dəfə təkidlə dediyim cümləni nədənsə protokola yazmadı. “Ya qolovoy otveçayu, çto Valeri bıl i est çestnım komsomoltsem”
Nə isə... 79-da həbsdən çıxdı Valeri və Şimali Qazaxıstana sürgün edildi. Sürgün müddəti də bitdi. 1981-ci ildə doğma Kiyevə qayıtdı. Kiyev yaşıllaşdırma idarəsinə gözətçi düzəldi. Yenə izlədilər, yenə incitdilər və 1983-cü ildə təkrar həbs etdilər: 10 il həbsxana, 5 il sürgün...
Valerinin böyrəkləri xəstə idi. Hələ Bakıda təcrübə keçərkən bir yay Türkmənistana, Bayraməli şəhərinə müalicəyə getmişdi.
Permdə həbsxana həkimləri onun xəstəliyini nəzərə almır, gücü-taqəti tükənmiş Valerini “ölüm zonası” adlandırılan 36 nömrəli zonaya gətirirlər... Bir müddət sonra artıq gözlərinin işığını da itirmiş Valerini Leninqrada, Qaaz adına həbsxana xəstəxanasına köçürürlər. Zavallı anası Nina Mixaylovna haray çəkir, yalvarır, öz böyrəyini çıxarıb, oğluna köçürülməsini təkid edir... Kim idi bu yalvarışları, bu ana harayını eşidən?!
Beləcə, bir ömür sona yetdi... Beləcə bir ana köksünə dağ çəkildi... İndi Valeri öz doğma torpağında – Kiyev Svyatoşino rayonunun Qatno kəndində dustaq kimi uyuyur...
Bax, bu son duyğu neçə ildir mənə əzab verir, heç olmasa məzarda onun təmiz adını özünə qaytaraq. Heç olmasa, qoy doğma torpaqda rahat uyusun, ruhu şad olsun! “Literaturna Ukrayna”da çap olunan məktubu da bir il (bəlkə bir az da çox!) bundan əvvəl bu məqsədlə yazmışdım.
( Davam edəcək)

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com







Mənbə: Tofiq ABDİN11.02.2012     Çap et  Çap et