525-ci qəzet

ORALARDA KİMLƏR VAR: MƏSƏLƏN : TANIDIQLARIMDAN BİRİ



Başımızın üstündə Allah olduğunu düşünüb bunu dana bilmərəm: Onlardan bəzilərinin istedadı var.
Onlar da populyar olmaq istəyirlər və özü də lap tez populyar olmaq istəyirlər. Niyə də istəməsinlər. İçlərində boylu-buxunluları da var. Qız kimi qəşəngləri də. Lap deyək ki, simpotiçnıy oğlandı,qızların xoşuna gəlmək istəyir və ona görə də bəzən ədəbiyyata dəxli olmayan jestlər belə eləyir danışanda və özündən böyük və kiçik tanımır,lap yazılarında da və bizim əxlaqımıza yad olan söyüşlər söyür. Məsələn: ədəbiyyatlarda hələ bu vaxta qədər işlədilməyən vəya deyəsən haçansa işlədilən, xatırlamıram MİNET ( BU YAZINI OXUYAN VƏ ÇAP ELƏYƏN BÜTÜN ADAMLARDAN ÜZR İSTƏYİRƏM) sözünü belə rəva bilir bizim gözlərimizin yaddaşına və mən bunu açıq yazıram, ona görə ki, Adam elə bilir ki,pornoqrafiq ifadələr işlətməklə yeni bir şeylər eləyir güman ki, xəbəri var pornoqrafik ədəbiyyat deyilən bir ədəbiyyatdan və bunun jurnalları çap olunur və bu jurnallar bizlərdə qadağan olunsa da başqa ölkələrdə, məsələn, lap Türkiyənin özündə kioskalarda satılır.Ona görə də bizi təccübləndirəcək bir şey demir...
Adam, bəzən deyir ki,bəs mən iki şəhid vermişəm.Vallah, ürəyim ağrıyır bunu eşidəndə və bu cür bir istedadlı Adamın şəhid olan yaxınlarının adından belə bazarlıq eləməsi məni içimi ağrıdır, amma sonra düşünürəm: nə eləsin başqa yolu yox, başqa nə deyə bilər ki, özünü xilas eləmək üçün gərək bir şey desin də və hərdən də dostlarıyla baş-başa verib bir internet klubunda ( və ya evində) bir neçə sayta baxıb, sonra da onları bizim gözümüzə soxmaq üçün dəridən qabıqdan çıxır və onu dinləyən cavan qızlar bəlkə də “bəh-bəh Adam hər gün Amerikanı görüb gəlir” deyirlər,bunun adını mən “bazarlıq” bilirəm və Adam özü də gözəl bilir ki,bu “bazarlıq” mədəni hərəkət deyil və hətta o da mədəni hərəkət deyil ki, deyir: BAYRAĞIMIZI APARIB FİLAN YERƏ SANCA BİLƏRİK və ən dəhşətlisi budur ki,birisi ona demir ki, sən o bayrağı apar Qarabağa sanc.Amma mən isə düşünürəm: Adam qardaşım, sən o bayrağı Təbrizə, Ərdibilə sanc. Və əslində bizim o bayrağı sançacağımız yerlər hələ çoxdur...Mən də oralar üçün darıxıram və bunu sənə deyim, sən hələ dünyada yoxkən bu ideya uğrunda KQB tərəfindən sorğulanmışam.CANIM BOĞAZIMA YIĞILDI, DOSTLAR SUSMAQDAN...BUNU HEÇ ZAMAN BAZARA ÇIXARMADIM MƏN.ARTIQ MƏCBURAM BUNU DEMƏYƏ.
Və EY BÖYÜK YARADAN, bunları mən nədən yazıram və niyə yazıram? Bu Adam ağllı adamdır, bütün bunları bilir və bizim kimi adamları da heyrətləndirən odur ki, hansı addımı atdığını da gözəl bilir...
Adam nə istəyir, Adam yeni ədəbi hadisə istəyir və hər dəfə də Adama deyirlər ki,Adam qardaş, yaz o yazını, buraları bəyənmirsənsə, apar ver Moskvada, lap İranda çap elətdir...O isə inad eləyir və deyir: yox, biz bayrağımızı məhz oralara sansacayıq və oranı zəbt eləyəcəyik və hakimiyətə gələcəyik ( yani ürəyindən bunlar keçir də) vəya orda bir neçə jurnal var, onlardan birinin başına oturmalıyam və sonra ədəbiyat yaratmalıyam vəya nə zamansa söz verib: mən filankəsin intiqamını almalıyam.Bunu mən bu yaxınlarda onu yaxşı tanıyan bir yazardan eşitdim.
(NİYƏ, BİLMİRƏM BU OTUZ YEDDİNCİ İL OLDU
BU XALQIN TARİXİNDƏ)
Bu adamların ( artıq adamların) davası bu jurnallarda çalışan bəzi yaradıcılarladır ki,onlar artıq oturuşmuş ədəbiyatçılardır, özü də hamı ( bu sözədən xoşum gəlməsə də deyim) tərəfindən və hətda “düşmənləri” tərəfindən belə qəbul olunan ədəbiyyatçılardır və Adam özü bunu da gözəl bilir və amma onu da bilir ki,populyar olmaq üçün yarada bilməyəndə, bir də bu yol var ki, Adam ancaq bu yolu tutub və onun sataşmadığı adam görmədim...
Yox, qardaş, Adam hər şeyi bilir, bilməyən belə şeylər eləməz və bunun qabağını almağı da düşünmək artıq adamı zara gətirib və həqiqətən ona və mənə yaraşmayan bir atalar sözü girir BU YAZINI YAZDIĞIM QARŞIMDAKI KOMPÜTERİN İÇİNƏ BİR VİRUS KİMİ: it hürər karvan keçər...
Karvan keçir keçməyinə və karvan bu millətin adamları üçün bir iş görəməyə yol alır, amma bu arxadan gələn səs kəsilimr ki, kəsilmir...
Adam hər kəsə bir ayama yazır, amma bir öz mətbəxinə baxmır ki, nə yazıb və nə yazacaq, necə yazacaq...Yox, qardaş, Adam nə istədiyini bilir və bildiyi üçün də danışır və məni heyrətləndirən bu Adamın əsəbləridir. Adamda, qardaş, necə də möhkəm əsəb var: yazıq cavab verənlərə elə bağırır ki...
Və adam sonra da gedib yazır...
Belə bir vaqiədə Vallah yeganə bir yol qalır: SUSMAQ.
Amma, bir çox tərəf sussa da, Adam susmaq istəmir və yenə də yeni bir gündəm yaratmaq keçir könlündən və bir çox zaman da yanına birisini alır. Burada bir məqam maraqlıdır: mən bəzən düşünürəm ki,istedadlı bir çox şairlərimizin (təbii, bu Adam yaşında olan şairlərimizin vəya ondan bir az yaş fərqli şairlərmizin) bu adamın ardınca düşüb getmələrində nə məna var... Halbuki, bu adamların hərəsi ayrılıqda bir şairdir.
Yox, mən açıq-aydın bunu hiss eləmişəm : burada qətiyyən ədəbiyyat söhbəti getmir, burada bir POST VƏ TOST söhbəti var ki, bunu mən açıq yazıram.
Demək Adam təmin olunur və əslində nədən bunları eləməsin: Adama deyirlər: sən bunu eləməlisən və o da eləyir.Yəni bu gün görünən və gəlinən nəticə belədir.
Bir vaxtlar bir məclisə düşmüşdüm.Orda bir məqamı heç unutmuram.Bu İ. Q-i mən bu qədər Allahsız bilməzdim. Dəhşət onda idi ki, İ. Q. ona olunan hörməti də bazara qoyur və bundan da yararlanır, çünki bir vaxtlar Yazarlar Birliyinin kitabxanasının bir cəza evinə verilməsi söz söhbətə səbəb oldu (Adam da bunu yazısında xeyli hallandırmışdı,) onlar elə danışırdılar ki,sanki cəza evindəki insanlar insan deyilmiş və onlara kitab oxumaq olmazmış və bir də İ. deyir ki, bəs ən dəhşətlisi budur ki,Yazıçılar o kitabları heç zaman açıb oxumayıblar.
Bu cür ittihamlar elə ittihamlardır ki,bunun ucu-bucağı olmaz və mən də heç zaman bu cür yazılar yazmaq iştahında olan insan deyiləm.Zatən, görünən də bu ki,hər iki tərəf BÖYÜK İNADLA DAVAM ETMƏKDƏDİ.
Bəlkə heç bir tərəfə qoşulmayıb yaşamaq da bir poooooooooooox deyil.Amma nə eləmək olar.
Şadi xürrəmlik də bir sərbəstlikdir.


SON SÖZ YERİNƏ...


Bu bölüm Yazıçı Anarın “Qobustan” jurnalının 1972-ci il 4-cü nömrəsində çap olunan “YANLIŞ DA BİR NAXIŞDIR” adlı yazısından götürülmüşdür.
(Nümunədəki ayrıntılar bizimdir.)


Ən böyük zəkalar-ən çox mübahisə doğuran zəkalardır.
Odur ki,dahilərə hətta ağıllı adamlar da hücum çəkir: Erazm,Volter,Siseron,Horasi,Lukian,Plutarx,İosif,Flavi,Əflatun, Pifaqor və Homeri kəskin tənqid ediblər. Bu siyahıya biz Zoilin adını salmırıq. İnkar etmək-tənqid etmək deyil. Nifrət etmək-anlamaq deyil. Söyüş-mübahisə deyil. Zoil,Çekki,Qrin,Avellaneda,Vilyam Lauder,Vize,Freron-bu adlar ləkə kimidir.Onlar bəşərin ən böyük dahilərini təhqir edərək bəşəriyyətin özünü təhqir etmişlər.Bu alçaq adamların əllərində dühalara atdıqları çirkabın izləri qalıb.
Onlar ən pis xatirələrə layiq olsalar da, haqlarında heç bir xatirə qalmayıb- bu şəxslər nifrət məşhurluğunu belə qazana bilməyiblər. Onların varlıqları kimin yadında qalıb? Onları alayarımçıq yada salırlar, bu isə tam unutqanlıqdan da pisdir.Bu bədnam tənqidçilər tarixin kölgəsində daldalanır.Məsələn tutalım, Kleman adlı birisi vaxtı ilə özünü “tənqidçilər tənqidçisi” adlandırırmış. Onun bütün fəaliyyəti Didronu qapmaqdan və Didro haqqında danoslar yazmaqdan ibarət olub. İndi onun adı unudulub gedib və Kleman Jenevrədə doğulubsa da onu Dijonlu Klemanla çaşdırırlar. Onu habelə Kleman de Bozla, Kleman de Askenlə və David Klemanla dəyişik salırlar. Axırda dörd,ya beş naməlum klemanların içində itib batmaqdan ötrü Didronun əsərlərini “dumanlı laqqırtı” adlandırmağa dəyərdimi?
Famyen Strada nahaq yerə böyük Tasitə qəzəblə hücum edirdi:indi həmin bu Famyen Stradanı Zigizmund Avqustun təlxəyi Fabyen Spada ilə səhv salırlar. Əbəs yerə Çekki yazıq Danteni didib dağıdırdı: indi biz heç bilmirik-bu Çekkinin adı həqiqətən Çekki imiş,ya bəlkə Çekko imiş. Qrin ki,Şekspirin yaxasından yapışmışdı, indi onu hansısa başqa bir Qrinlə dolaşıq salırlar. Servantesin “düşməni” Avellanedanın adı deyəsən, Avallanado imiş, Miltona böhtan atan Layderin adı bəlkə də Layder imiş. Molyeri “darmadağın” edən də Vize aldı birisi demə Domino adlı birisiymiş-zədaganlıqdan xoşu gəlib,adını da Vize qoyub.Bütün bu insancıqlar elə bilirlərmiş ki,təhqir və təqib etdikləri dühaların işıqları bunların da üstünə düşəcək. Amma xam xəyaldır-onlar kölgədə qaldılar ki, qaldılar. Bu zavallılar heç nə qazanmadılar, paylarına nifrət belə düşmədi. YAZIQLAR!

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com






Mənbə: Tofiq ABDİN26.11.2011     Çap et  Çap et