525-ci qəzet

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü



(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)]
 
Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı. Girovun haqqı kimi o, otağın tavanına qədər qızıl verilməsini tələb etdi. Bir neçə həftə ərzində yerlilər dəstəsi qızıl lövhələri, şamdanları və digər gözəl əl sənəti işləri olan şeyləri gətirirdilər. Lakin otaq hələ də dolmamışdı. İspanlar tələb etdilər ki, sövdələşmə yalnız otağın qızıl külçələrlə dolması ilə yerinə yetiriləcəkdir. Onlar bütün sənət əsərlərini əritdilər ki, otağı doldurmaq üçün daha çox yer qalsın.
Kortesin etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da səbirsizlik göstərib, Peru çarını öldürdülər. Açıq düşmənçilik başlandı. Pisarronun kiçik ordusu paytaxta hücum edəndə qızıl divarları olan sarayları, qızıl mətbəx avadanlıqlarını, qızıldan olan heykəlləri, heyvanları və qızıl silahları gördülər.
Burada hətta ağacları, gülləri və heyvanları qızıldan düzəldilmiş süni bağ var idi. Üç yüz fut uzunluğu və altı yüz fut eni olan sahədə qarğıdalının hər birinin gövdəsi gümüşdən, qıçaları isə qızıldan düzəldilmişdi.
Yüz min attsekin Tenoçtitlan uğrunda döyüşdə öldürüldüyü güman edilir, bunun müqabilində bir ovuc konkistador həyatını itirmişdi. Belə hesab edilir ki, işğal dövründə iki milyona qədər yerli adam öldürülmüşdü. Yerlilər asan qaydada ət yeyə bilmirdilər. Avropalıların mentallığı ilə vuruşanda yerlilər onların xəyanətkarlığını öyrənib, buna uyğunlaşdılar. Ona görə də konkistadorlar da ağır itkilər verməyə başladılar.
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə zənginlikdə olan hansısa bir qızıl mənbəyi mədənini tapmadılar, Cənubi Amerikadakı qızıl ancaq Kontrreformasiyanı (XVI-XVII əsrlərdə Qərbi Avropada papalığın başçılıq etdiyi və Reformasiyaya – katolik dininin eybəcərliklərinə qarşı mübarizə hərəkatına qarşı olan dini-siyasi hərəkatı) maliyyələşdirmək üçün kifayət idi. Bu İspan inkvizisiyasına böyük ölçüdə kömək göstərirdi.
Frensis Bekon yazırdı Ki, “Təbiət sənin tələsik hərəkət etdiyin labirintdir, o səni öz yolunu itirməyə sövq edəcəkdir. Bekon, təbiətlə şahmat oynayan alim kimi yazırdı. Cavab vermək üçün o, ilk dəfə təbiəti yaşamaq yolunu tuturdu. Əgər təbiət öz sirlərini kənara bölüşməyə, hiyləgərlik etməyə möhtacdırsa, ona görə də təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə.
Bekon deyirdi ki, “Biliyin bu bənzər səltənətində, göylərin Allah səltənətinə nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç kəs ona “ilk dəfə kiçik uşağa çevrilmək istisna olmaqla” daxil ola bilməyəcəkdir”. Bu o demək idi ki, ağılın müxtəlif və uşağabənzər vəziyyəti birincisinə çatmağa möhtacdır, bu qaydada məhz yüksək biliyə çatılmalıdır.
Frimasonluq daim dünyanın düzgün sifətini təmsil etmişdir. Anqlo-sakson lojaları öz ezoterik mənşələri barədə utancaq idilər. Frimasonluğun məqsədi həm də həsr olunmağa hazır olduqda adamı öz inkişafı səhnəsinə gətirmək üçün olan sosial şəraitlərin sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf etdirilən adam iç kosmosu və fərqli zahiri kosmosu görməyə başladı.
Corc Vaşinqton 1752-ci ildə frimasonluğa həsr olundu. 1774-cü ildə Bencamin Franklin Tomas Peynlə Londonda Lojada (Frimasonluq təşkilatının şöbəsi, masonların toplaşma yeri) görüşdü və onu Amerikaya mühacirət etməyə inandırdı. Peyn inqilabın böyük peyğəmbərinə çevrildi, ştatların federasiyasını təklif edərək ilk dəfə “Amerika Birləşmiş Ştatları” terminini dilinə gətirmişdi. O, quldarlığın ləğv edilməsini və yoxsulların təhsili üçün dövlət fondu yaradılmasını təkid edirdi. Kolumbiya mahalındakı Vaşinqtonda tikilən Kapitolinin künc daşını Corc Vaşinqton 1793-cü ildə qoyarkən, icra edilən mason mərasimi bu binanın qapısında təsvir edilmişdir. Vaşinqton xristian dindarlığının modeli kimi astroloq idi. Frimasonların astrologiyaya marağı Royal cəmiyyətinin bünövrəsində köklərində çox güclü idi. Kristofer Ren və Corc Vaşinqton kimi ezoteriklərin künc daşı qoyulanda astroloji proporsiyalara müraciət etməsi, göy cisimləri iyerarxiyasını həmin mərasimdə iştiraka dəvət etmək mənasını verirdi. Bu da xüsusi əhəmiyyət kəsb edirdi ki, Corc Vaşinqton Kapitoli binasının bünövrə daşını qoyanda Yupiter Şərqdə yüksəlmişdi. Prezident Franklin Delano Ruzvelt 33-cü dərəcəli frimason idi, ona öz vitse-prezidenti Henri Uolles tərəfindən okkult simvolizmi barədə məsləhət verilirdi, axırıncı isə frimason və teosofizm ardıcılı olmaqla yanaşı, rəssam Nikolay Rerixin şagirdi idi.
XVIII əsr tərəqqi etdikcə Fransada “naməlum filosof” Müqəddəs Martin öyrədirdi ki, “hər adam kraldır”. Şevalye (cəngavər) Ramsey 1730-cu ildə Parisdəki Böyük Lojanın əsasını qoyan şotland mülkədarı idi. O, Parisdə yeddi il sonra yeni həsr olunmalar vaxtı nitq söyləmişdi: “Bütün dünya böyük respublika olmaqdan başqa bir şey deyildir. Biz işıqlanmış zəkası olan bütün adamları yenidən birləşdirmək uğrunda mübarizə aparırıq... özü də təkcə gözəl incəsənətə məhəbbətə görə deyil, həm də hətta daha çox ləyaqətin, elmin və dinin inkişaf edən prinsiplərindən keçməklə, haradakı qardaşlıq maraqları və bəşəriyyətin bütöv ailəsi biri digəri ilə birləşə bilər... Və bundan irəli gələrək bütün səltənətlərin təbəələri biri digərini sevməyi öyrənə bilər”.
Frimasonluq bütün dünyaya yayıldı, çox tezliklə öz sıralarına minlərlə, daha sonra isə yüz minlərlə adamı cəlb etdi. Frimasonlar müəyyən sosial və iqtisadi azadlıq dərəcəsində tolerant çiçəklənən cəmiyyəti yaratmaq üzərində işləyirlər. Şotlandiyada, Londonda və Parisdə ona lojalar qurulduqdan sonra, XVIII əsrdə, 1760-cı illərdə frimasonlar üçün böyük hadisə baş verdi. Bu Portuqaliya maqı Martines de Paskuallinin yaratdığı “Elus Koenlər” (və ya “Seçilmiş keşişlər”) ordeni idi. Müqəddəs Martin isə onun şagirdi və varisi idi. Martinist fəlsəfəsi bu günə qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim olaraq qalır. Terror dövründə (1793-94-cü illər) Parisdə yaşayan Müqəddəs Martin adamlara öz mənzilinə gəlməyə icazə verirdi, onları öz əlləri üzərində mistik qaydada uzandırmaqla həsr olunmaya cəlb edirdi. Bu vaxt onlar təhlükəyə məruz qalırdılar, maska geyinirdilər ki, görüş vaxtı kim olduqlarını digərlərindən gizlətsinlər.
 
Romantizm.
“İşıqlananların” terroru
 
Kabalada isə bütün Romantizm ezoterik ənənələrdə olan kimi dünyanın yaranması kosmik zəkadan çıxan müxtəlif mənşələr seriyasının şəraitlərində baş verən kimi qəbul edilirdi. Kabalada yunan və Roma miflərində olan kimi, mənşələr kişi və qadın kimi düşünülürdü.
Avropa imperatorlarının şərqə doğru genişlənməsi, digər istiqamətlərdə keçmişi qazıb üzə çıxarmaq, Tankrit yoqa praktikaları barədə şayiələrin yayılmasına səbəb oldu.
Romantizmdə isə fərdi daxili həyat nəticədə genişlənərək nəhayətsiz variantlarda geniş kosmosa çevrildi. Məhəbbət bir kosmosun digərinə olan məhəbbəti idi. Dərinin dərinliyə çağırırdı. Romantizmlə məhəbbət yeni dəbə keçdi və simfonik olana çevrildi. Əgər adam sevirsə, beləliklə işıqlanana çevrilir, dünya isə kölgələrin dünyasına çevriləcəkdir. Onlar yenidən ayrıldıqda, məna, mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır.
Bethoven öz sənətini yeni musiqinin dilini eşitməklə tapdı, hiss edilən və ifadə edilən şeylər heç vaxt belə şəkildə hiss və ifadə olunmamışdı. Böyük Aleksandr ilahi qüvvə maniyası ilə idarə olunanda, onun dühasının dayanmaq bilməyən mənbəyi Misir və Hind ezoterik mətnlərinin təkrar-təkrar oxumaq idi. Bethovenin isə “de Minor Sonata”sı və “Apposionata”sı Şekspirin “Tufanı”na bərabər bir sənət nümunələri idi. Şekspirin pyesində isə okkult ideyaların ən dəqiq ifadəsi nəzərə çarpır.
Siyasət məsələlərinə gələndə, şevealye Ramsey 1730-cu ildə əsasını qoyduğu lojalarda siyasətin müzakirəsini qadağan etmişdi, lakin frimasonlar Avropada siyasi liderliyi əldə saxlamışdılar. Kim ki, siyasi təsir göstərmək istəyir, bu yolunu azma şəkilində olmalıdır.
1789-cu ildə Fransada üç yüz loja var idi, onlardan altmış beşi Parisdə idi. Bu günkü fransız frimasonlarının bəzilərinin qiymətinə görə Fransada o vaxtlar yetmiş mindən çox frimason var imiş. Danton, Demulen, Mirabo, Marat, Robespyer, Gilyoten və digər liderlər “işıqlanmışdılar”.
Terror vaxtı edam olunanların sayı barədə müxtəlif məlumatlar vardır. Sərt təbiətli və pozulmamış hüquqşünas olan Maksimilian Robespyer İctimai Təhlükəsizlik Komitəsinə başçılıq edəndə, o, həm də polis departamenti səlahiyyətini daşıyırdı, gündə yüzlərlə adamı gilyotinaya göndərirdi, cəmi 2750 adam edam olunmuşdu. Onlardan yalnız 650-si kübar idi, qalanları isə adi zəhmətkeş adamlar idi. Rebespyer hətta silahdaşı Dantonu da edam etdirmişdi.
Saturn öz uşaqlarını yeyirdi.
Necə olurdu ki, ən maariflənmiş və ağıllı adamlar, bu qan tökülməsinə razılıq verirlər? İdealistik fəlsəfəyə görə sonluqlar heç də mahiyyətə haqq qazandırmırdı. Motivlər nəticəni nə qədər gizlətsə də, ona təsir göstərməmiş qalmırdı, Robesniyer guya vətəndaşların haqlarını və onların əmlakını mühafizə etmək naminə öz mənfur vəzifəsini həyata keçirmək üçün qan tökürdü. Mehrab qarşısında dayanan Robspyer 8 iyul 1794-cü ildəki çıxışında dedi: “Bütöv universitet bura toplaşmışdır... Sabah biz işə qayıdacağıq, biz yenidən şərə və tiranlara qarşı vuruşacağıq”
Robespyer özünü allah elan etməyə cəhd etdiyinə görə ittiham olunmuşdu. O, axırıncı küncə sıxılan idi, özünü güllə atəşi ilə öldürmək istəmişdi, ancaq zərbə çənəsinin yarısını dağıtmışdı. O, gilyotina olunmağa yollananda çalışdı ki, çox sayda toplaşanlara bəlağətli şəkildə müraciət etsin, lakin yalnız boğula-boğula qışqıra bildi.
Napoleon yaxşı qaydada öz ulduzunun arxasınca gedirdi. Höte onun haqqında demişdi: “Demon hər gün bizə bələdçilik etməyə borclu idi və hər bir hadisə baş verəndə bizə nəyi etməyə borclu olduğumuzu deyirdi. Lakin yaxşı ruh bizi dönməyə məcbur etdi və biz qaranlıqda əlimizlə yoxlaya-yoxlaya gedirik. Napoleon insan idi. Demək olar ki, işıqlanmışdı, demək olar ki, təmiz və hər bir saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi kifayət olan enerji ilə yerinə yetirirdi. Onun həyatı döyüşdən döyüşə, qələbədən qələbəyə yarımallaha məxsus olan geniş addımlar idi. Belə deyilməlidir ki, o, davam edən işıqlanma vəziyyətində idi... Sonrakı illərdə bu işıqlanma onun taleyi və yaxşı ulduzu kimi onu tərk etmək üçün meydana çıxdı”.
Telman Orucov
(Ardı var.)
 





Mənbə: Telman Orucov06.08.2011     Çap et  Çap et