525-ci qəzet

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü



(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)
İslam peyğəmbəri və islam sivilizasiyası
İndi isə kitabın müəllifinin islam peyğəmbəri haqqındakı fikirləri ilə bir qədər geniş şəkildə tanış olaq. 570-ci ildə Məkkədə Məhəmməd adlı uşaq anadan oldu. Altı yaşı olanda o, hər iki valideynini itirmişdi və çoban kimi əmək fəaliyyətinə başladı. O, enlikürəkli, qara qıvrım saçları olan və saqqalının arasından ağ dişləri görünən gənc kimi böyüyürdü. Dəvə sürənə çevrildi, karvanla ədviyyat və ətirli maddələr daşıyırdı, xüsusən Məkkədən Suriyaya səfərlər edirdi. İyirmi beş yaşında o, Məkkənin varlı dul qadını ilə evləndi, şəhərin ən varlı və nüfuzlu vətəndaşlarından birinə çevrildi. Valideynlərini itirməsi hesabına o, itirdiklərinin hamısını sonralar geri qaytarsa da, heç də məmnun deyildi. Məkkənin dini mərkəzində Kəbə adlanan qara qranit daş var idi, bəzi ənənələrə görə bu daşın Sirius ulduz sistemindən yerə düşməsi deyilirdi. Həmin vaxt Ərəbistan şamanistik tayfalar tərəfindən məskunlaşmışdı, adamlar öz allahlarına və ruhlara sitayiş edirdi. Kəbədən kənarda yüzlərlə bütün saxlandığı müqəddəs çadır var idi. Məkkə həmçinin müqəddəs suyu satmaqla pozulmuşdu – bu su İsmayılın hesabına qumdan çıxan bulaqdan götürülürdü. Məhəmmədin gözündə hər şey qeyri-müəyyənlikdə görünürdü. O, gördü ki, adamlar yalnız pul qazanmağa, qumar oynamağa, at çapmağa və sərxoşluğa maraq göstərir. Dəvə karvanı ilə Suriyaya gedəndə o, İudaizm və İisus Xristin əhvalatları barədə eşitmişdi. Məbədin təmizlənmə əhvalatı onun həssas siminə təsir etmişdimi? Məhəmməd belə bir inama yiyələnmişdi ki, Ərəbistan xalqı İisus Xrist kimi bir peyğəmbərə möhtacdır, bu peyğəmbər xalqı cəhalətdən, pozulmadan təmizləyə bilər və onları bir kosmik niyyətdə birləşdirə bilər. Məhəmməd Məkkənin ətrafındakı dağların üstündə oturub bunların hamısına necə nail olmaq barədə düşünəndə, mələk onun qabağında göründü və dedi: “Mən mələk Cəbrayılam”. Bu gözə görünmə sonra Məhəmmədə qızıl lövhəni göstərib, onu oxumağı dedi. Məhəmməd etiraz etdi ki, o, savadsızdır, lakin Cəbrayıl ikinci dəfə ona əmr etdikdə, Məhəmməd gördü ki, həqiqətən oxuya bilir. Beləliklə, mələklə söhbətlər seriyası başlandı və bu Qurana çevrildi. Sonra Məhəmməd şəhərə enib Cəbrayılın ona öyrətdiklərini parlaq səmimiyyətlə və valehedici qüvvə ilə moizə etdi. O, öz kredosunu belə adi şərtlərdə cəmləşdirə bilərdi: Mənim təlimim sadədir. Allah vahid allahdır. Bütpərəstlikdən imtina et. Oğurluq etmə Yalan danışma. Böhtan atma Və heç vaxt sərxoş olma. Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu ilə gedəcəksən. İlahi qüvvə tərəfindən ilhamlanmış öz mülahizələrini sübut etmək üçün ondan möcüzə göstərmək tələb edildikdə, Məhəmməd bundan imtina etdi. O, dedi ki, Allah göyləri dayaqların köməyi olmadan yüksəltmişdir, yeri, çayları, əncir, xurma və zeytun ağaclarını yaratmışdır və bu şeylərin hamısı kifayət qədər möcüzədir. Bu coşğun materializmdə müasir eranın ilkin pıçıltılarını eşidirik. Mələklə olan söhbətlər ərzində böyük mələk Cəbrayıl sərinləmək üçün Məhəmməddən nəyisə seçməyi xahiş etdi. Məhəmməd okkultistlərin “ay şirəsi” adlandırdıqları südü seçdi. İslamda spirtli içki qadağan ediləcəkdi. Ezoterik nöqteyi-nəzərdən yüksək əhəmiyyət daşıyan bu idi ki, Quranı diktə edən mələk Cəbrayıl, ənənəvi cəhətdən Ayın arximələyi idi. Cəbrayıl burada bəşər ehtiraslarına nəzarət edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi kimi çıxış edir, onun allahı isə böyük allah idi və müsəlman ikönorafiyasında hilal ay kimi təsvir olunur. Məhəmmədin Məkkənin bazar meydanında moizələri bəzilərini, onu öldürmək qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının rəhbəri olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu ildə o, Məkkəyə qayıtdı, öz ölümünə qədər qalan müddətdə (Məhəmməd peyğəmbər 632-ci ildə vəfat etmişdir) Ərəbistanın qalan hissəsi üzərində öz nəzarətini qurdu. Əbu Bəkr onun varisi və ya Xəlifə olduqda, işğallar təəccübə səbəb olan qaydada davam etdirildi. Dini uğurlu edən şeylərdən biri, onun dünyada işləməsi, belə deyilsə, maddi fayda gətirməsi idi, Məhəmmədin radikal monoteizmi, Aristotelin elmi metodologiyası ilə birləşməklə, axırıncı həqiqətən də ərəb fikirinə nüfuz etmişdi, tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini dolaşdı. Ərəblər Zoroastrizmdən, Buddizmdən, Hinduizmdən və kağız istehsal etmək də daxil olmaqla, Çin elmindən yeni ideyaları həzm etməklə, onları yayırdılar. İslamda, onun zəfər dövründə ehkamçılığa və paternalizmə çevrilmək kimi bir meyl var idisə, Sufizm əks impulsu təmsil edirdi, vaxtaşırı təhrif edilməyə və bu yolla paradoksal fırlanmağa aludəçilik göstərən və ruha xas olan bir təlim idi. Ezoterik islam ruhi həyatın tərəfində olmağını hiss edirdi. Bu, isə Sufi poeziyasında geniş şəkildə öz ifadəsini tapırdı. Qurandakı ayəyə (50.16) müvafiq olaraq “Allah adama onun şah damarından yaxındır” sözləri həm də yüksək dərəcədə adamları özünəməxsusluqdan ayırırdı, kütlə artıq onun çağırışına oyanırdı. Böyük Sufi yazıçısı İbn Ərəbi deyirdi ki, Sufi müəllimi o adamdır ki, öz üzərindən pərdəni götürür. Sufi müəlliminin təlimatı altında keçirilən dərslərə nəfəs almanın dəyişən təcrübələri və vəziyyətə nail olmaq üçün istifadə edilən musiqi daxil ola bilərdi. Sufizm bəzən “yuxudan oyanma” kimi ağrılı prosesləri öyrədirdi, bu özü barədə və bizdən keçən kosmik mistik axından agah olmağa imkan verirdi. Harun ər-Rəşid öz erasının qeyri-adi şəxsiyyətlərindən biri idi. O, iyirmi yaşında xəlifə olmuşdu və Bağdadı dünyanın ən füsunkar şəhərlərindən birinə çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə əyanlar, qullar və hərəmlər xidmət edirdi. “Min bir gecə” nağılları onun hökmranlığının müxtəlif cəhətlərini təsvir edir. O, sarayına dövrünün bütün böyük yazıçılarını, incəsənət xadimlərini, mütəfəkkirlərini cəlb etmişdi. “Min bir gecə”də olduğu kimi belə şayiə gəzirdi ki, o, bəzən gizli qapıdan maska altında sarayından çıxırdı ki, xalqın nə danışdığını eşitsin və onların real olaraq nə düşündüklərindən hali olsun. Ən məşhur hekayətlərdən birində dənizdəki balıqçının öz torunda iri dəmir qazanı çıxardığı göstərilir. O, sahilə çıxdıqda gördü ki, qazanın metal səthinə Solomonun möhürünün üçbucağı nəqş olunmuşdu. Təbii olaraq çox şeyə maraq göstərən balıqçı qazanı açdı və birdən ondan qalxan qara buxar bütün göy üzünə yayıldı. Beləliklə o, görünə bilənlərin hamısını qaranlığa qərq etdi. Buxar yenidən cin formasındakı monstra çevrildi və balıqçıya dedi ki, o, Solomonun qazanında dustaq edilmişdi. And içmişdi ki, kim onu azad etsə, onu varlandıracaqdır. Beş yüz ildən sonra o, and içmişdi ki, öz xilaskarını hakimiyyətlə mükafatlandıracaqdır. Min illərin əsirlindən sonra, o, and içmişdi ki, kim onu azad etsə, onu öldürəcəkdir. Beləliklə, cin dedi ki, balıqçı ölməyə hazırlaşsın. Lakin balıqçı ona dedi ki, inanmır ki, cin həqiqətən qazanın içindəydi və beləliklə ruh bunu sübut etmək üçün özünü əvvəlki buxov vəziyyətinə çevirdi və yavaş-yavaş spiral qaydasında hərəkət etməklə qazanın içinə girdi. Bu vaxt balıqçı qazanın qapağını bağladı. Bu uşaqlar üçün səfeh bir nağıl kimi görünə bilər, okkultistlər üçün isə bu, ezoterik biliklərlə bir yerdə qablaşdırılmışdır. “Cin” sözü “gizlətmək” demək idi və təfsilatına varan nəzəriyyə və praktikada o demək idi ki, dağılmış evlərdə, quyularda, körpü altında gizlənir. Cin alovdan və havadan ibarət olmaqla, mələklərdən və şeytanlardan aşağıda dayanır. Cin barədəki rəvayətlər ərəb xalqları arasında fəal şəkildə yayılırdı. Bundan əlavə amumetlərdə (həmayillərdə), üzüklərdə və daşlarda ruhların və demonların dustaq edilməsi, Solomonun möhürü kimi sehrli cisimlərdən istifadə edilməsi də yaxşı məlum idi. Orta əsrlərdən belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə ki, ərəb mənşəli idi və xüsusən də astroloji mənasına görə talismanlara (tilsimlərə) aid olmaqla məşhur kolleksiyalarda toplanmalı idi. Cəlaləddin Rumi “Mövlanə” adlanırdı, bu isə “Bizim müəllim” mənasını verir. O, islam mistitsizminin – böyük Sufinin fars dilində yazan şairi idi. Onun məşhur lirik və didaktik poeması olan “Mənaveyi məsnəvi” (“Ruhi beytlər”) elə populyarlıq qazanmışdı ki, onu “Persiyadakı Quran” adlandırırdılar. Müsəlman mistik fikir və ədəbiyyatı isə bu dinə sitayiş edən müxtəlif xalqların dillərində yazılmaqla, demək olar ki, saysız-hesabsız idi. Rumi sarayın ən böyük şairlərindən birinə çevrilmişdi. O, hələ uşaq olarkən biliyi ilə hamını təəccübləndirmişdi. Altı yaşında oruc tutmağa başladı və bu vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı. Rumi daim insanların heyvanlardan daha ambisiyalı olduğuna etiraz edərək, qeybə çəkildi. Adamlar qorxudan qışqıran vaxt, o, qəflətən onların arxasından yenə üzə çıxdı. Onun gözlərində qeyri-adi baxış var idi və dedi ki, yaşıl əbası olan ruhlar onu kənara, digər dünyalara apardılar. Yaşıl əbalılar Əl-Xıdırın kölgələri ola bilərdi, yaşıl biri qüdrətli varlıq olmaqla, vaxt gələndə maddiləşməyə, həmçinin maddiləşməni ləğv etməyə qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında mühüm rol oynayan həlledici bir hadisə baş verdi, o, Konyanın küçələrində dolaşan dərviş, müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin günəşi”) Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq cəmiyyəti ilə əlaqəsi yox idi. Bu qəribə dərviş şeyxləri və digər nüfuzlu din adamlarını təhqir etmək sahəsində özünəməxsus şəkildə ad qazanmışdı, çünki onu Allahdan başqa heç kəs idarə etmirdi. Cəlaləddinə isə Şəms Təbrizinin təsiri böyük oldu, ona ilahi aliliyin və gözəlliyin sirrlərini açdı. Bir və ya iki ay onlar meditasiya etdilər (gərgin düşünmə ilə məşğul oldular). Rumi şagirdlərindən və ailəsindən ayrı düşmüşdü, onlara laqeydlik göstərirdi. Buna görə də onlar Şəmsini şəhəri tərk etməyə məcbur etdilər. Bu Cəlaləddini çox məyus etdi və Şəmsi geri qaytarıldı. Lakin ailəsi Cəlaləddinin sevdiyi bu adamla yaxınlığına dözə bilmirdi. Belə bir şəraitdə, ilk görüşlərindən üç il sonra Şəmsi həmişəlik qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq sərgərdan idi. Bir gün küçədə gəzəndə zərgər dükanının yanından keçirdi, bu vaxt çəkicin qızıla vurulan ritmik zərbələrini eşitdi. Rumi Allahın adını təkrar edib, sonra qəflətən ekstazda fırlanmağa başladı. Sufilərin Mövlanə və ya fırlanan dərvişlər ordeni beləcə yarandı. Fırlanma rəqsi “Səma” rəqsi adlanır və bugünkü Türkiyədə də rəmzi dərviş rəqsi kimi ifa edilir. Məhəbbət təcrübəsi Rumini şairə çevirmişdi. O, təbiətdə “Dinin günəşinin” şüalanan gözəlliyinin əksini tapırdı. O, çox vaxt öz şeirlərini rəqslə müşayiət edirdi. Onun əsərləri mistiklər və öz şagirdləri tərəfindən geniş miqyasda oxunurdu. “Məsnəvi” sufizmin bütün müxtəlif cəhətlərini açıb göstərirdi. Bu əsər ilahi məhəbbət təcrübəsini ifadə edirdi. Ruminin poeziyasında hər kəs mistik təcrübələrin başlıca bəşəri ifadəsini tapa bilərdi. Ərəblərin füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm də dəhşətə gətirirdi. Səyyahların gətirdiyi təəccüblü xəbərlər ondan ibarət idi ki, ərəblərin qiymətli metallardan düzəldilmiş möcüzəli mexaniki bağı vardır və orada mexaniki quşlar uçur və oxuyurlar. Onların arasında böyük qızıl ağac durur, təəccüblü qaydada qiymətli daşlardan olan meyvələr gətirir və onlar planetləri təmsil edirlər. Çoxlarına bu möcüzələr ölülər dünyası kimi görünürdü, onlar sehrin və elmin arasındakı sərhədlərdə mövcud idi. Ən azı buna müəyyən izah 1936-cı ildə Bağdadda edilən qəribə kəşf vaxtda verildi. Alman arxeoloqu Vilhelm Koeniq qədim saray drenaj arxını qazanda bilavasitə elektrik batareyası kimi bir şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta əsrlərə gedib çıxırdı. Kolleqası onun dəqiq oxşarını yaradanda gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı, yarım saat ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı. 802-ci ildə Harun ər Rəşid Qərbin imperatoru Şarlemana (Böyük Katrla) ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş şahmat göndərmişdi. O, həmçinin hədiyyə kimi fil və su saatı göndərmişdi. Bürünc şarlar vazanın içərisinə düşəndə saatları bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə xırda qapılardan çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi və öz imperiyasının da gələcəkdə buna nail olması barədə təəssürat yaratmalı idi.
(Ardı var.)Telman Orucov




Mənbə: Telman Orucov 16.07.2011     Çap et  Çap et