525-ci qəzet

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü



(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)

“Çıxış” kitabının 14-cü fəsili üç-19, 20 və 21 saylı bəndlərdən ibarətdir, onların hər biri 72 hərfdən əmələ gəlib. Əgər bu bəndlər biri digərinin başına yazılsa, sütunda 72 hərf üzə çıxacaqdır. Sonra oxunan sütun 72-nin sirrinin Allahın adı olduğu kimi açılacaqdır.
Hər bir qədim yəhudi həmçinin ədəd idi. Yəhudilərin “A” hərfi “əlif” – “bir” idi. “Bet” – “iki” demək idi və sonrakılar da bu qaydada gedirdi. Burada həmçinin mürəkkəb əlaqələr vardır. Qədim yəhudi sözü “ata” 3-ün ədədi mənasını verirdi, “ana” sözü “41” mənasında idi. Qədim yəhudilərdə “uşaq” sözü “44 idi, Ata və Ananın birləşməsi”ndən əmələ gəlirdi.
Yəhudilərin “Ədəm bağı” kəlməsinin ədədi mənası144 idi. Bilik Ağacının ədədi mənası isə 233 idi. Əgər 233-cü 144-ə bölsək, bu, “fi” qızıl prororsiyanın qiymətinə yaxın olan rəqəmi ifadə edəcəkdir.
Ziqmund Freyd Kabala ilə dərindən maraqlanırdı. O, sübut edirdi ki, Misir faraonu Exnaton Moisey monoteizminin (təkallahlığının) mənbəyi idi.
Biz bilirik ki, Moisey birinci gəlmişidir. Exnatonun monoteizm ideyaları hiyləgərcəsinə qurulmuşdu, həm də təhlükəli qaydada fərqli idi. Misir Yeni çarlığının ən yüksək dövründə Exnatonun atası III Amenhotepin hökmranlığı böyük sülh və çiçəklənmə vəd edən yeni eranın siqnalı kimi görünürdü. Hətta bu dövr Böyük Piramidanın unikal nailiyyəti ilə müqayisə olunmasa belə, qədim dünyanın çox gözəl məbədlərinin tikilməsini görmüşdü.
Exnaton xromosom qüsuru ilə doğulmuşdu, ona görə də qəribə görünüşə malik idi. Qadın budları kimi iri budları var idi, uzun üzü onu yerə məxsus olmayana bənzədirdi, hətta ruhi xarakter daşıyırdı. Bu qüsur həmçinin ruhi tarazsızlıq simptomlarına, maniyaya, paranoyyaya və ilyuziyaya qapılmağa aparıb çıxarırdı. Exnaton hökmranlığı Sotik siklinin başlanması ilə bir vaxta düşdü. Keşişlərin ilahiyyatına görə bu, tarixin gördüyü ən böyük astronomik sikllərdən biri idi. Misir mifologiyasında bu siklin hər yeni başlanğıcı Bennu quşunun qayıtmasını görürdü, bu Feniks yeni eranın başlanmasının və yeni paylanmanın rəmzi idi.
Exnatonun birinci işi günəş dairəsi allahı Atona Məbəd tikmək idi. Məbəd onun böyük saray həyətinin mərkəzində yerləşmişdi, obeliskin başındakı daşda əfsanəvi Feniks dirilməli idi. Onun ikinci addımı yeni böyük paytaxt şəhərini tikmək idi. O, istəyirdi ki, yeri öz oxu ətrafında fırlatsın. Sonra o, elan etdi ki, bütün allahlar real olaraq mövcud olmamışlar və Aton bir, həqiqi və vahid Allahdır. Bu müasir düşüncədəki monoteizmə çox oxşayırdı. İsidaya, Osirisə və Amon – Raya sitayiş qadağan edildi, onların məbədləri ləğv edildi və bağlandı, onların populyar bayramları cəhalət nişanəsi elan edildi.
Bu günkü monoteizmə oxşar şəkildə, Exnatonun monoteizmi də materialist idi. Çünki monoteizm ruh təcrübələrini inkar etməyə meyl edir, bu təcrübə isə həqiqətən spiritualizm qaydasında adi, Atona həsr edilən təriflər gözəl himn şəklində bizə gəlib çatmışdır və onlar Davidin Zəburlarını qiymətləndirməyə xidmət edə bilər: “Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün adamları, “mal-qaranı” və vəhşi heyvanları” deyə Exnaton deklamasiya edirdi. David isə oxuyurdu: “Sənin işlərin, necə saysız-hesabsızdır, sən onların hamısını belə müdrikliklə gördün. Dünya sənin yaratdıqlarınla doludur”.
Tənəzzül zəruri olaraq içəridən gəldi. Hökmranlığın on beşinci ilində Atona olan bütün dualara baxmayaraq, onun çox sevdiyi qızı öldü. Sonra həmişə onu dəstəkləyən anası Tiy öldü. Gözəl arvadı Nefertiti saray məlumatlarından qeybə çəkildi. İki il sonra keşişlər Exnatonu öldürdülər və onlar taxt-taca gənc oğlanı qoydular və o, dünyada Tutanxamon kimi tanındı. Keşişlər vaxt itirmədən Fivanın bərpasına başladılar. Exnatonun paytaxtı tezliklə kabus şəhərə çevrildi və ona qoyulmuş abidə, onu təsvir edən hər bir heykəl, Exnatonun adının hansısa bir qaydada xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı.
Sauldan sonra hakimiyyətə gələn David-Tadua ilk dəfə olaraq İsrail tayfalarını bir çarlıqda birləşdirən ilk çar oldu. O, b.e.ə 1004-cü ildə Yerusəlim çarına çevrilmişdi. David bu şəhərdə məbədin bünövrəsini qoydu, lakin onu tikdirə bilmədən öldü, ona görə də bu işin başa çatdırılması onun oğlunun üzərinə düşdü. Oğlu Solomon isə b.e.ə. 971-ci ildə Yerusəlim çarı oldu. Əgər o, ümumən real tarixi şəxsiyyət idisə, Dəmir erasında yaşamışdı. Solomon öz sehirli biliyini gizli kitabda bildirir, sonralar bu Yerusəlimdəki ikinci məbədin bünövrəsinə qoyuldu. Qədim yəhudi folkorunda da deyilirdi ki, Solomonun hökmranlığı elə gözəl idi ki, qızıl və gümüş, küçələrdəki daş kimi çox idi. Ona görə ki, yəhudilər həmin dövrdə məbədlər tikmək ənənəsinə malik deyildilər. Onlar köçəri xalq idilər.
Solomon məbədin layihəsi üzərində işləmək üçün finiklyalı Hiram Abiffi seçdi. Məbəd Mouseyin daş lövhələri yerləşdirilən Müqavilə Səyyar məbədinin saxlandığı yer olmalı idi. Məbədin künclərində ayı təmsil edən dörd buynuz və yeddi lampalı qızıl şamdan var idi. Əlbəttə ki, axırıncı günəşin, ayın və beş böyük planetin təmsilçiləri idi. Cakim və Boaz pillələri kosmosun pulsunu ölçürdü. Yonulmuş dekorativ narlar Bibliya hesabındakı müxtəlif faktları yada salırdı. Keşişlərin xalatları günəşi, ayı, planetləri və bürcləri təmsil edən qiymətli daşlarla bəzədilmişdi. Bu vaxt yeganə adi olan daş zümrüd idi. Məbədlərin qeyri-adi xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə fəvvarəsi idi. Usta inşaatçı Hiram öz layihəsini həyata keçirmək üçün sənətkarlıq qardaşlığını işlədirdi, onları üç dərəcəyə-şagirdlərə, şəriklərə və ustalara bölmüşdü. Bu qardaşlıq ideyaları hökmən dar, ezoterik mühitdən uzağa yayılırdı ki, bütövlükdə cəmiyyətin təşkil olunmasını dəyişdirsin. Lakin Hiram Abiffin qətli əhvalatında biz bütün bunların necə əyri yolla getməsinin də şahidi oluruq.
Solomonla Hiram Abiffin arasındakı örtülü rəqabət müəyyən gizli ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi, lakin bu qadın həm də belə möcüzəli məbədin layihəsini yaradanla görüşməyə maraq göstərdi. Hiram Abiffona baxanda, çariça (Quranda o, Bilkis adı altında verilir) hiss etdi ki, onun sinəsində əriyən metal kimi bir sensasiya qalxır. Qadın Hiramdan soruşdu ki, göyün gözəlliyini məbədin arxitekturasında yerə gətirməyi necə bacarmışdır. Memar cavab verdi ki, Tau xaçını yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi. Qəflətən bütün fəhlələr məbədə qarışqa kimi axışdılar.
Yenidən həşərat obrazı. Bu ənənələr Talmudda və Quranda var idi. Beləki məbəd Şamir adlanan və daş yonmağa qadir olan sirrli həşəratın köməyi ilə tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi ruhi qüvvələrin obrazına malik oluruq, ona Hiram göstəriş verə bilirdi. Hiramın fəhlələrindən üçü onun gizli qüvvələrinə qısqanclıq göstərirdi. Onlar qərara aldılar ki, ərintidən tökülmüş dənizin sirrlərinə bələd olsunlar. İş gününün axırında onlar Hirama məbədi tərk edəndə tələ qurdular. O, öz sirrlərini təkrar-təkrar açmaq istəməyəndə , onlar memarın başına ağır zərbələr vurmaqla onu öldürdülər. Onunla birlikdə müəyyən sirrlər də öldü və indiyədək itirilmiş kimi qalmaqda davam edir. Sirrli məktəblərdə və gizli cəmiyyətlərdə elan olunan sirrlər həmin vaxtdan etibarən aşağı sirrlər hesab olunur.
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert Lomas bu istiqamətdə işləmişlər. Onlar Hiramın Finikiyadan gəlməsinin açarını tapmaq cəhdindən başladılar. Həmin ölkədə əsas ilahə Astarta və ya Venera idi. Əlbəttə, bu, həmçinin dekorativ detallarla, artıq xatırlanan narlarla bağlıdır. Bu Veneranın meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları idi.
Beşguşəli ulduz da Veneranın simvolu idi. Çünki həmin nümunədə hər səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-səhər göyündə beş dəfə və hər axşam göyündə beş dəfə beş iti uclu formalı nümunələrlə çıxır. Bu yeganə planetdir ki, tam müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən pentaqram kimi, bəzən beşguşəli ulduz kimi, beş ləçəkli qızılgül kimi görünür. Veneranın simvolu kimi pentaqram həndəsədə yüksək əhəmiyyət kəsb edir. Ona görə də Leonardo da Vinçinin matematika müəllimi Luka Pasioli öz kitabında ilahi pronporsiyanı açırdı, bu, onun hər bir hissəsində Qızıl Mütənasibliyi təcəssüm etdirirdi. Bu müqəddəs həndəsə öz vaxtında məkan kimi fəaliyyət göstərirdi.
584 gündən ibarət olan 5 Venera sikli dəqiq günəş illərində baş verirdi, bu o demək idi ki, Venera sikli günəş siklini 1,6-na bərabərdir. Biz əvvəlcə 1,6 rəqəminə rast gəlmişdik, bu Qızıl Mütənasibliyin başlanğıcında idi, irrasional və sehirli rəqəmlərdən biri olmaqla, ağlın materiyaya keçməsi kimi təsvir edilirdi.
Solomondan sonra İsrail çarlığı yenidən parçalanmağa başladı. Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu camaata məsləhət vermək idi. Onlar heç kəsin eşitmək istəmədiklərini, xoşa gəlməyən və populyar olmayan şeyləri deyirdilər.
İliya vəhşi, qeyri adi və tənha adam idi, demək olar ki, avaralar kimi kəmər bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o, odu odla vuruşdururdu. Allah tərəfindən səhrada gizlənməsi tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla qidalanırdı. Qarğa göstərir ki, İliya Zaratustranın müdrikliyi kimi, bu yolla özünü həsr edənə çevirmişdi. “Qarğa” bu sehrliyə həsr olunmağın bir dərəcəsi idi.
İliya bir peyğəmbər kimi dəlilik həddinə yaxın olan bir vəziyyətdə yaşayırdı. O, zəhərlənmiş adamları sağalda bilirdi, cüzam xəstəliyi olanları müalicə edirdi. O, ölmüş uşağın başı üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya qaçanda bunu öz həyatı üçün etmişdi- Allaha tərəf qaçmışdı. Sonra dağ başında dəhşətlər yaşadı, tufana düşdü. Nəhayət o, taqətdən düşdü, ağacın altında yatanda yuxuda mələyi gördü. Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib dağı silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o, mağarada təhlükəsiz qalmağı qərara aldı. Qəflətən mağaranın qarşısında ildırımın işığından yaranan zolaq gördü. O, yenə bildi ki, Allah bu odun içəriçində deyildir.
Tufan yatdıqdan və od söndükdən sonra səhər açılanda hər şey sakit idi. Dan ulduzu qalxmışdı, bu vaxt səhərin saf havasında İliya Allahın hələ də sakit olan səsini eşitdi. Axı Moinsey də yanan kolda bu səsi eşitmişdi. İliya onun iradəsi ilə necə öldürməyi və necə yenidən doğulmağı öyrənmişdi. Platon “Respublika” kitabında yazırdı ki, “Kim ki bu həyatda yaxşılığın ideyasını dərk etməyə qadir deyil, o, ölümündən sonra cəhənnəmə düşəcək və qaranlıq məskəndə yuxuya dalacaqdır”.
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan əvvəl Nuh da belə etmişdi, o da adi qaydada ölməmişdi. Kabalistik düşüncədə İliyanı göylərə qaldıran araba sehirli olmağın bir amili idi.
İki yüz il sonra İsayya peyğəmbərin vaxtında kainatı yeni, transtsedent (təcrübə hədlərindən kənar olan) qaydada anlamaq işləri inkişaf etdirildi. Bizim eradan əvvəl 550-ci ildə İsayya bəyan etmişdi: “Qaranlıqda gəzən adam böyük işıq görəcəkdir... Çünki bu bizə uşaq doğulmasıdır, bizə oğul verilməsidir və idarəçilik onun çiynində dayanacaqdır və onu adı Gözəl, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh hökmdarı olacaqdır”.
Mərhəmət konsepsiyası tarixi peyğəmbər düşüncəsindəki öz anlayışından böyüməyə başladı. İki çarlığın hökmdarları və xalqları onlara deyiləni həyata keçirməkdə uğursuzluğa uğradılar. Onlar pozuldular və torpaq səhraya çevrildi. Lakin bu vaxt, Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök üzə çıxdı. Peyğəmbərlər mərhəmətin bu yolla baş verdiyini öz ömürləri dövründə kiçik çarlıqların hərbi və siyasi səviyyədə yüksəlməsində, enməsində və yenidən yüksəlməsində görmüşdülər.
İsayya İsrailin tarixi və gələcək taleyi barədə böyük hissə malik idi, “Cessenin gövdəsindən irəli bir çubuq çıxacaqdır” deyirdi. O, həmçinin tarixin sonunu yaxşıca görmək qabiliyyətinə malik idi: “Canavar və quzu birlikdə qidalanacaq və leopard oğlan uşağı ilə bir yerdə uzanacaqdır”.
Dünyanın digər hissələrində başqa özünü həsr etmələr də baş verirdi. Prins Siddhartha indiki Nepalda, müharibə aparan kiçik dövlətlərlə tanınan bir ərazidə doğulmuşdu. 29 yaşına qədər o, naz-nemətli dəbdəbə içərisində yaşamışdı. Onun hər bir ehtiyacı hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə dolu idi. Bir gün o, çar sarayını tərk etdi və əvvəllər onun görməsinə icazə verilmədiyi şeyi-qoca adamı gördü. Və qoca dəhşətli vəziyyətdə idi, lakin daha sonra ona məlum oldu ki, öz xalqı xəstədir və ölür.
O, sarayı tərk etməyi qərara aldı – arvadını da, uşaqlarnı da, –bircə məqsədlə ki, bu əzab çəkənləri hiss etməyə cəhd etsin. Yeddi il ərzində güşənişinlər arasında yaşamaqla o, yoqa sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını tapa bilmədi. Nəticədə onun artıq 35 yaşı olanda o, gedib çayın qırağında Bohdi ağacının altında oturdu və qərara aldı ki, başa düşməyənə qədər hərəkət etməyəcəkdir. Üç gün, üç gecədən sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək yerüstü şeyləri arzu eləmək nəticəsində yaranır. Lakin sən bütün bu arzulardan azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına yaxınlığa nail ola bilərsən ki, yenidən heç vaxt reinkarnasiyaya- yenidən doğulmağa ehtiyac duymayasan. Və beləliklə sən, Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən.
Anlamanın və ya işıqlanmanın cığırı Budda tərəfindən “səkkiz dolaşan cığır” adlanmışdır.
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət, düşünmək, seyr etmək daxil idi. Buddanın səkkiz dolaşan cığırı səkkiz praktikadan və tapşırıqdan ibarət olmaqla Çakra boğazının 16 ləçəyindən canlanan səkkizi üçün mövcud idi. Budda öləndə öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir tələb olunmayacaqdı.
(Ardı var)
Telman ORUCOV








Mənbə: Telman ORUCOV25.06.2011     Çap et  Çap et