525-ci qəzet

Moskva və Ümumrusiya patriarxı Bakıya gələcək


 
     Moskva və Ümumrusiya patriarxı Kirill noyabrın 6-da Bakıya gələcək. APA-nın məlumatına görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyində və Bakı və Xəzəryanı yeparxiyanın bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak etməkdir. Bakıda eyni tədbirlərə qatılmaq üçün gələn Gürcüstan patriarx-katalikosu II İlya ilə Moskva və Ümumrusiya patriarxı Kirillin görüşü planlaşdırılır.
 





27.10.2009     Çap et  Çap et