525-ci qəzet

Toyda 400 nəfər zəhərləndi




Türkiyədə Muş bölgəsinin Yücetepe kəndində toya gələnlər toyuq dönərindən zəhərləniblər. Lent.az-ın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, toydan sonra evlərinə dönən insanlarda ciddi başları ağrıları, qusma halları və halsızlıq müşahidə olunub.
91 qadın və uşaq, 65 kişi xəstəxanaya aparılıb. Yerdə qalanlar evlərindəcə müalicə olunublar. Araşdırma onların toyuq dönərindən zəhərləndiyini ortaya çıxarıb.
3-ü uşaq olan 7 nəfərin durumu ağır olaraq qalır.





26.10.2009     Çap et  Çap et