525-ci qəzet

Hüquq məsləhətxanasında intihar hadisəsi baş verib



Bakıda hüquq məsləhətxanasında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə “Femida” MMC-nin Qara Qarayev prospekti 15/29 ünvanında yerləşən ofisində qeydə alınıb. Adıçəkilən hüquq məsləhətxanasına gələn Sabirabad rayon sakini, 1978-ci il təvəllüdlü Xoşbəxt Fətəli qızı Əhmədova özünü bıçaqlayıb. X. Əhmədova təilli olaraq xəstəxanaya çatdırılsa da, xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. 31 yaşlı qadının özünü öldürməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.





26.10.2009     Çap et  Çap et