525-ci qəzet

Müsəlman ölkəsində çadraya qadağa qoyuldu




Fransa başda olmaqla, Avropa ölkələrində qadınların çadra ilə ictimai yerlərdə gəzməsinə qadağa qoyulması məsələsi gündəmdə olduğu bir vaxtda Suriyadan da gözlənilməz xəbər gəlib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, əhalisinin 97 faizi müsəlman olan Suriya qız tələbələrin universitetlərə çadra və buna oxşar geyimlərdə gəlməsinə qadağa qoyub. Qadağa dövlət universitetləri ilə bərabər, özəl məktəbləri də əhatə edir. Universitetlərə artıq məsələ ilə bağlı təlimatlar göndərilib. Suriyanın təhsil naziri Ghiath Barakat deyib ki, insanın üzünü qapayan və tanınmaz hala gətirən çadra akademik və etik dəyərlərlə uzlaşmır. O, bu səbəbdən universitetlərdə çadraya qadağa qoyulduğunu vurğulayıb.




21.07.2010     Çap et  Çap et