525-ci qəzet

Bakı sakinini qətlə yetirən Rusiya vətəndaşı tutulub



Azərbaycan paytaxtında qətl törədən şəxslərdən biri həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Rafiq Əliyevi qətlə yetirmiş Rəşan İsrafilov tutulub, Zirə qəsəbə sakini Eldar Qarayev isə müəyyən edilib. R. İsrafilovun Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.
Qeyd edək ki, oktyabrın 21-də saat 21.30 radələrində Əzizbəyov rayonunun Pirallahı qəsəbəsi Xanlar küçəsi ev 21-də, orada yaşayan Rafiq Əliyevin boğaz nahiyəsində kəsik xəsarəti olan meyiti tapılıb.





23.10.2009     Çap et  Çap et