525-ci qəzet

Bakı – Kiyev reysində qalmaqal



Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Bakıdan Kiyevə uçan təyyarədə srağagün baş vermiş insidentlə bağlı əlavə məlumat açıqlanıb. Modern.az-ın xəbərinə görə, insidenti tərədən şəxsin qarşısını alan azərbaycanlının kimliyi dəqiqləşib. Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra Ukrayna vətəndaşı olan sərnişin Eduard Kmelinski bələdçilərə hücum edərək onlara qarşı zor tətbiq edib. Xanım bələdçilərə heç kimin kömək etmədiyini görən azərbaycanlı sərnişin həmin şəxsə yaxınlaşaraq onu zərərsizləşdirib. Məlum olub ki, insidentin qarşısını alan şəxs “Azərnəşr”in baş redaktoru, sabiq deputat Əlövsət Ağalarovdur. Bu barədə “Azərnəşr”dən məlumat verilib. AZAL-dan isə bildirlib ki, hadisə ilə bağlı araşdırma aparılır. Hadisəni törədən Eduard Kmelinskinin sərxoş olduğu bildirilib. Təyyarə hava limanından yerə enərkən polis əməkdaşları dərhal Ukrayna vətəndaşını həbs ediblər. Təyyarənin təhlükəsizlik xidmətinin nümayəndələri “Azərnəşr”in redaktoruna təşəkkür ediblər.




26.05.2012     Çap et  Çap et