525-ci qəzet

İranın sərhədində “Eurovision” əleyhinə daha bir aksiya keçirildi



İranın Ərdəbil vilayətindən bir qrup şəxs mayın 24-də İranın Azərbaycan Respublikası ilə sərhədində yerləşən Biləsuvar Şəhərində toplaşaraq “Eurovision 2012” mahnı müsabiqəsinin əleyhinə aksiya keçirib. APA-nın İRİB-ə istinadən məlumatına görə, nümayişçilər Bakıda gey paradın keçiriləcəyini iddiaya edərək Azərbaycanın bu müsabiqəni keçirməməyi tələb ediblər. Aksiyada Azərbaycan Respublikasının əleyhinə də şüarlar səsləndirilib. Ərdəbildə yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, aksiyada İran hakimiyyətinə və “Bəsiç”ə bağlılığı olan şəxslər iştirak edib. Bildirilib ki, bu cür təşkil edilən aksiyalarda adətən yemək, meyvə şirəsi və bəzən pul da paylanılır.




26.05.2012     Çap et  Çap et