525-ci qəzet

Əsgərimiz xəstəlikdən dünyasını dəyişib



Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, Milli Ordunun əsgəri 19 yaşlı İbrahimov Anar Malik oğlu Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb. O, hemorragik vaskulit xəstəliyindən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.




26.05.2012     Çap et  Çap et