525-ci qəzet

Beynəlxalq axtarışda olan azərbaycanlı Tatarıstanda yaxalanıb



Rusiya Federasiyası Tatarıstan Respublikasının polisi beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını yaxalayıb. APA-nın xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları may ayının əvvəlində özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq əməli törətməkdə günahlandırılan Ramil Pirverdiyevin yaxalanması tələbi ilə İnterpola müraciət edib. R. Pirverdiyev 2008-2010-cu illərdə mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərib və özünü Milli Təhlükəsizlik Nazirliyinin zabiti kimi təqdim edərək vətəndaşları işə düzəltmək vədi ilə onlardan 360 min dollar pul alıb. Mayın 23-də Tatarıstan Daxili İşlər Nazirliyi və İnterpolun səyləri ilə R. Pirverdiyevin qaldığı yer müəyyənləşdirilib və o, saxlanılıb. Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.




25.05.2012     Çap et  Çap et