525-ci qəzet
Bakı 2020-ci il olimpiadasından kənarda qaldı
Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarından kənarda qalıb. Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, Kanadanın Kvebek şəhərində olimpiadaya namizədliyini davam etdirəcək şəhərlərin qısa siyahısı açıqlanıb. 2020-ci ildə keçiriləcək Olimpiada uğrunda Tokio, Madrid və İstanbul şəhərləri mübarizəni davam etdirəcək. Bakı və Doha isə mübarizədən kənarda qalıb.
25.05.2012
Çap et