525-ci qəzet
Kaqava Azərbaycanla oyun haqda danışdı
Yaponiya-Azərbaycan yoldaşlıq görüşünə Yaponiya mətbuatı da yer ayırıb. Yerli “Japan times” nəşri matç haqqında xüsusi yazı hazırlayıb. Yapon jurnalistlər oyunun gedişini təhlil edərkən millimiz haqqında da fikirlərini yazıblar. Futbolçularımızın ustalıq səviyyəsinin aşağı olduğunu vurğulayan asiyalılar daha çox qapıçımız Kamran Ağayevi fərqləndiriblər. Onların fikrincə, Ağayev komandamızı böyükhesablı mıəğlubiyyətdən qurtarıb. Yaponiya millisinin ən məşhur siması, Dortmund “Borussiya”sının da əsas heyət üzvü olan Şinci Kaqava da adıçəkilən nəşrə açıqlamasında bu məqama toxunub: “Nəticə tam qanunauyğundur. Necə deyərlər, hər şey öz yerini tutdu. Biz rəqibdən daha güclü idik. Baxmayaraq ki, daha böyükhesablı qələbə qazana bilərdik. Çünki 2:0-dan sonra qol vurmaq üçün bir xeyli imkanımız da oldu”. Qeyd edək ki, millimizin qapısına ilk qolu matçın 42-ci dəqiqəsində məhz Kaqava vurub.
25.05.2012
Çap et