525-ci qəzet

Rusiya Qəbələ RLS-dən imtina edə bilər


 
Rusiya Müdafiə Nazirliyi Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılması məsələsinə Azərbaycanın qeyri-konstruktiv yanaşmasından məyus olub. APA-nın məlumatına görə, bu fikirləri “İnterfaks-ABN” saytına nazirlikdəki mənbə deyib. Mənbənin sözlərinə görə, illik icarə haqqının əsassız olaraq dəfələrlə artırılması Moskvada anlaşılmazlıq doğurur: “Bir illik icarə üçün ödənilən məbləğə Rusiya ərazisində iki belə stansiya tikmək olar. Bundan başqa Qəbələ RLS ciddi şəkildə modernizasiya olunmalıdır ki, bu da kifayət qədər maliyyə xərci tələb edir. Buna görə də Rusiya modernizasiya xərclərinin özünü doğrultması üçün bu stansiyadan ən azı 10-15 il istifadə etməkdə maraqlıdır”.




25.05.2012     Çap et  Çap et